Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" adı altında keçirilən pozğun “mini evrovision” tədbirinə sadəcə sözlə öz etirazlarını bildirən dindarlar əliyevlərin muzdlu qoruyucuları (“polis əməkdaşları”) tərəfindən təhqir olunaraq döyülmüş və müxtəlif dərəcəli bədən xəsarəti alaraq “polis bolməsi”nə aparılmışdırlar.
Hadisədən bir neçə gün sonar isə ati-İslam əliyevlər rejimi 20 sentyabr 2012 tarixdə saat 15:30 radələrində İslamçı jurnalist Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evində axatarış aparıblar.
Masallı RPŞ və rayon prokurorluq muzdurlarının həyata keçirdikləri qondarma əməliyyat tədbirləri nəticəsində saxlanılmış İslamçı jurnalist Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.
Qeyd edək ki, ənənəvi olaraq anti-İslam əliyevlər polis və mülkü geyimli şəxsləri evdə olan insanlara qarşı kobudluq göstərərək, axtarışı qeyri-etik formada həyata keçirdiblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır