19 sentyabr 2012 - 19:30

Ənənəvi olaraq polis və mülkü geyimli şəxslər evdə olan insanlara qarşı kobudluq göstərərək, axtarışı qeyri-etik formada aparırlar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda yəhudi-cühüdlərin təbliğinə rejim səviyyəsində imkan yaradan əliyevlər sülaləsinin İslam və Şiələrə qarşı təqibləri səngiməyir. Belə ki, mövcud anti-İslam rejim Müsəlmanlara qarşı nöbəti yürüşü Azərbaycanın Talış Bölgəsində həyata keçirir.

08 sentyabr 2012 tarixdə gecə radələrində Masallıda qabaqcadan tədbiri görülmüş milli və mənəvi dəyərlərə zidd olan qondarma beynəlxalq folklor festivalı adı altında “mini evrovision” tədbiri keçirilmişdir. Masallının bir iddə Qeyrətli Dindarları heç bir adət və ənənəmizə sığmayan, pozğun diskoteka tədbirinə sözlə etiraz etsələr də lakin mülki geyimli və uniforumlu polis işçiləri tərəfindən rezin dəyənəklərlə döyülmüş və daha sonra polis şöbəsinə aparılaraq barələrində “polisə müqavimət” adı altında qondarma iş qaldırmışlar.

Bu gün 20 sentyabr 2012 tarixdə isə, Masallı dindarının evində axtarış əməliyyatının keçirilməsi bildirilib.

Qeyd olunur ki, 30-a yaxın polis və mülki geyimli şəxs bir neçə gün öncə polis tərəfindən saxlanılmış Xalid Kazımlının evində axtarış əməliyyatı keçiriblər.

Verilən məlumata görə, ənənəvi olaraq polis və mülkü geyimli şəxslər evdə olan insanlara qarşı kobudluq göstərərək, axtarışı qeyri-etik formada aparırlar.

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır