17 sentyabr 2012 - 19:30

Kim məni sevirsə sevsin Əlini...

Kim məni sevirsə sevsin Əlini

Bunu söyləmişdi peyğəmbərimiz,

Dinin şəhəri mən,qapısı Əli

Örnək qoyuram mən bu kəlmələri.

 

Quranın natiqi Əlidir, Əli

Həqqın ədalətin məktəbi Əli

Kəbənin evində dünyaya gələn

İslamın misilsiz govhəri Əli.

 

Peyğəmbər çiynində bütləri qıran,

Düşmənin önündə qürurla duran

Xeybər qapısını yerdən qoparan

Şahi şəhidanım vüqarım Əli.

 

Cani Mustafasan cani Zəhrasan

Şəhadət yolunda eşqi duasan

Şəfaət isdərik ağacan səndən

Şəhadət mülkündə şiri Xudasan.

 

Olmusan əzəldən məhbubeyi qəhhar,

Sənin kədərinə mələklər ağlar,

Eşq ilə çıxdıqda qında Zülfüqar,

Düşmənin qorxudan ürəyi qopar.

 

Sən köçdün dünyadan onda bilindi

Fəqirlər, yetimlər bihudə qaldı,

Şiə dünyasının söndü işığı,

Əli aşiqləri avarə qaldı.

 

MÜƏLLİF: Ulkər Səbuhi.

 

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır