12 sentyabr 2012 - 19:30

Nazir günahkarların tapılıb cəzalandırlması üçün bütün imkanlarını cəmləşdirəcəyini bəyan edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən naməlum vandallar tərəfindən Fransanın Limoj şəhərinin məscidinə hörmətsizlik olunub.

Məlumat Fransa Daxili İşlər naziri Manuel Valsın bəyanatında bildirilir. “Fransa daxili işlər naziri Mçanuel Vals Limoj məscidinə edilən hörmətsizliyi sərt şəkildə qınayır. Bu hadisə müsəlmanların heysiyyatını zərbədir. Qarşılıqlı hörmət və tolerantlıq hisslərini bölüşən vətəndaşlara isə hörmətsizlikdir”, - deyə nazirin bəyanatında bildirilir.

Nazir Limoj və ümumilikdə Fransa müsəlmanlarını dəstəklədiyini və günahkarların tapılıb cəzalandırlması üçün bütün imkanlarını cəmləşdirəcəyini bəyan edir.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır