11 sentyabr 2012 - 19:30

ABŞ-ın Liviyadakı səfirliyinə təşkil edilmiş hücum zamanı, Amerikanın Liviyadakı rəsmi səfiri "Christopher Stevens" başda olmaqla 4 ABŞ vətəndaşı öldürülüb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən 11 sentyabr 2012 tarixində Liviya xalqı ABŞ-da İslam Müqəddəslərini aşılayan filmin çəkilməsinə etiraz əlaməti olaraq Amerikanın Benqazidəki konsulluğuna və ölkədəki səfirliyinə hücum çəkmişlər. Hücum nəticəsində Kkonsulluq binası tamamilə od tutaraq yanmışdır.

Qəzəbli etirazçılar Konsulluqa hücum zamanı alovlandırıcı bombalardan istifadə ediblər. Etirazçılar binanı avtomat və pulemyotlarla da atəşə tutublar.

Məlumatımıza görə, ABŞ-ın Liviyadakı səfirliyinə təşkil edilmiş hücum zamanı, Amerikanın Liviyadakı rəsmi səfiri "Christopher Stevens" başda olmaqla 4 ABŞ vətəndaşı öldürülüb.

Hadisə baş verdiydə Benqazidəki konsulluqda işləyən daha 35 Amerika vətəndaşları bilafasilə Trablosa köçürülüblər.

Bildirək ki, bir neçə gün öncə ABŞ səfirliyinin məxfi göstərişi ilə Liviyada müsəlmanlar arasında ixtilaf atəşini alovlandırmaqdan ötrü yerli təkfirçi vəhabilər İmam Həsənin (əleyhis səlam) nəvələrindən olan “Əbdul Səlam əl-Əsmər”in pak hərəmin viran etmişlər. Xəbəri izləmək üçün bu linkə tıklayın:

Liviya vəhabilər İmam Həsənin(ə) nəvəsinin mərqədin dağıtdılar + Foto 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır