28 avqust 2012 - 19:30

Pilotsuz təyarələrdən edilən hücumların həmin ölkənin rəhbərlikləri tərəfindən qadağan edilməməsi və aviahücumları rahatlıqla reallaşdırması isə diqqət çəkir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ Yəmənin qərbindəki Marib bölgəsinə bombalı hücum edib. Hücum nəticəsində 3 nəfər həyatını itirib.

Pilotsuz təyyarənin Əl-Qaidə üzvlərinin olduğu yeri bombaladığı və ölənlərin də həmin terrorçulardan olduğu bildirilir.

Qeyd edək ki, ABŞ-ın pilotsuz təyyarələrlə Pakistan, Somali və Yəməndə təşkil etdiyi hücumlarda çox vaxt dinc sakinlər həyatını itirir.

Pilotsuz təyarələrdən edilən hücumların həmin ölkənin rəhbərlikləri tərəfindən qadağan edilməməsi və aviahücumları rahatlıqla reallaşdırması isə diqqət çəkir.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır