Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib: “Suriyadakı etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq köçürülməsi məsələsi ATƏT Parlament Assambleyasının (PA) bütün tədbirlərində, o cümlədən yaxın vaxtlarda keçiriləcək payız sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılacaq”.
O söyləyib ki, sessiyanı gözləməyə ehtiyac yoxdur. Çünki, Azərbaycan nümayəndə heyəti ilə ATƏT PA arasında yaxşı əlaəqlər mövcuddur və bundan lazımınca istifadə ediləcək. Onun sözlərinə görə, təkcə Azərbaycan nümayəndə heyəti deyil, o cümlədən bütün Azərbaycan vətəndaşları və gəncləri Suriyadakı etnik ermənilərin Qarabağa köçürülməsi məsələsini internet vasitəsilə dünya ictimaiyyətə çatdırmalıdır. Ermənistan tərəfinin açıq şəkildə dünyadakı etnik erməniləri işğal etdikləri Azərbaycan ərazilərinə köçürdüklərini etiraf etməsi bu ölkənin beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığını bir daha sübut edir.
B.Muradova deyib: “Biz bu məsələdə də dünya ictimaiyyətinin qınağını ermənilərə qarşı yönəltməyi bacarmalıyıq və bu məsələni dünya ictimaiyyətinin və medianın diqqətində kənarda qoymamalıyıq. Biz buna qəti etirazımızı bildiririk. Çünki, dünyanın istənilən yerindən, o cümlədən Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni olaraq etnik ermənilərin köçürülməsi beynəlxalq hüququn bütün prinsiplərinə və müharibə qanunlarına ziddir”.
P.S: Qeyd edək ki, Azərbaycan rəsmiləri Qarabağ və məsələsinin həllində bütün azərbaycanlı qaçqınların Qarabağa qayıdaraq və Qarabağda münaqişədən öncə yaşayan ermənilər ilə birgə orada referendum keçirtsinlər. Səs çoxluğu ilə Qarabağ məsələsi həllin tapsın. Amma indi bilməyənlər bisin ki, ABŞ, Avropa birliyi, sionist israil rejimi, Səudi Ərəbistan, Qətər və Türkiyə Suriya məsələsini bilərəkdən qızışdırıb Suriya ermənilərini Azərbaycanın işğal olmuş torpaqlarında yerləşdirməklə Azərbaycan xalqına hansı sarsıdıcı zərbəni endiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır