Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABNA agentliyi mübarək Fitr Bayramı münasibəti ilə Bosniya dilində xəbər bölümünün rəsmi açılışın edib.
Bosniya dili ABNA agentliyinin 19-cu xəbər bölümüdür.
ABNA agentliyi Bosniya dilində xəbər bölümün açmaqla Bosniya və Herseqovinada yaşayan 100 minlərlə müsəlmanlara, eləcə də keçmiş Yuqoslaviya ölkəsində yaşayan milyonlarla insanlara xəbər ötürəcəkdir.
Qeyd edək ki, Bosniya müsəlmanlarının əksəriyyəti Əhli-Təsənnün təşkil edir. Lakin onlar da digər müsəlmanlar kimi Allah (cəllə cəlaluh), onun Rəsulu (səlləllahu əlehi və alih) və Əhli-Beyti (əleyhimus səlam) tanıyır və onlara xüsusi sayğı göstərirlər.
Xatırladaq ki, 90-cı illərdə baş verən xristian Serblərin müsəman Bosniya xalqına qarşı növbəti səlib yürüşü zamanı, İran İslam Respublikası Bosniya müsəlmanlarından həm maddi və həmdə mənəvi himayəsin əsirgəməyib.
ABNA agentliyinin Bosniya dilində xəbərləri izləmək üçün bu lihkə tıklayın: http://www.abna.ir/index.asp?lang=19
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır