Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən şənbə günü 18 avqust 2012 tarixində Münafiq “Xalq Mücahidləri” Terror Təşkilatı, “Əşrəf Düşərgəsi”ndə yerləşən təşkilat üzüvlərinin bir qrupunun Libertiyə köçürüləcəyini açıqlayıb.
Məryəm Rəcəbi bu haqqda bəyaniyyə verərək deyib: ““Əşrəf Düşərgəsi”ndə yerləşən təşkilat üzüvlərinin 400 nəfərlik 6-cı qrupu cari həftənin Cümə Axşamı (23 avqust) Libertiyə köçürüləcək”.
Sözünə davam edən Məryəm Rəcəbi bildirib: “Biz bu işi görməklə ABŞ-dan adımızın Terrorçular sırasından silinməsin istəyirik”.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları münafiq “Xalq Mücahidləri” terror təşkilatının “Əşrəf Düşərgəsi”n tam tərk edərək Libertidəki Düşərgədə yerləşdiyi sürətdə bu təşkilatın adın Terror Təşkilatları sırasından siləməsi barəsində işə daha tez bir zamanda baxacağına söz verib.
Qeyd edək ki, bu ilin (2012) Fevral ayında İraq hökümətinin qərarına əsasən İraqın Diyala əyalətinin Xalis şəhərinin şimal-şərqində, İran İslam Respublikası sərhədinin təqribən 120 kilometr qərbində və Bağdadın 60 kilometr şimalında yerləşən Əşrəf düşərgəsi tez bir zamanda boşaldılmalı, Bağdadın yaxınlığında yerləşən “Liberti Düşərgəsi”nə köçürülməlidir.
Hazırda “Liberti Düşərgəsi”ndə 3000 min terrorçu yerləşdirilib.
Xəbərlə bağlı məlumatı bu linkə tıklamaqla əldə edə bilərsiz:
əliyevlər pis çaşdı, Münafiqlərə Azərbaycanda sığınacaq verdi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır