16 avqust 2012 - 19:30

Siz prezident kimi ölkədə tək bir Qarabağ əlilinin hüququnu qoruya bilmirsiniz mən sizin bu təbrikinizə inanmıram və qəbul etmirəm.

Əhli Beyt -ABNA- xəbər agentliyinə Azərbaycan Qarabağ veteranından məktub daxil olub. Məktubda Qarabağ Veteranı uzun illər ərzində tapdaq altında qalan hüquqlarının bərpası üçün dəflərlə mövcud rejim başçısına məktublar ünvanlasa da lakin onun heç bir prooblemi öz həllin tapmamışdır. Bunu görən öz salamatçılığını doğma Qarbağ uğrunda şərəflə əldən verən veteran İlham Əliyevə yazdığı məktubu bizə ünvanlamışdır.

Məktubun mətnini sizə təqdim edirik:

 

Prezident İlham Əliyev Ramazan Bayramı münasibəti ilə müsəlmanları təbrik edib

 

 

“Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar...”

Salam cənab prezidnet İlham Əliyev sizin azərbaycan xalqının müqəddəs Ramazan bayramını münasibətiylə təbrik etdiyiniz sözlərinizi qısa hissəsini yerləşdirmişəm.

Mən Qarabağ əlili sizi and verirəm müqəddəs kitabımız Qurani-Kərimə və Qurani-Kərimin nazil oldugu müqədəs Ramazan ayına, mənim şikayətimə baxın.

Cənab İlham Əliyev özünüz dediyiniz kimi, sizdə Allah qarşısında vicdani borcunuzu yerinə yetirin, mənim şikayətimə baxın.

Mən sizə dəfələrlə yazmışamki mənim hüququm pozulur. Siz prezident, müqəddəs Quran kitabına əl basıb and içmisiniz.

Siz prezident kimi ölkədə tək bir Qarabağ əlilinin hüququnu qoruya bilmirsiniz mən sizin bu təbrikinizə inanmıram və qəbul etmirəm.

Siz xalqı aldadırsınız! Ancaq Allahı aldada bilməzsiniz. Allah bunalrı görür və yazır.

Cənap prezident sizin ən yaxın çevrəniz olan Akula əti yeyən nazirlərə deyə bilmirsizi ki, Ramazan bayramıdır, gedin evinin içinə yagış  yağan Qarabağ əlilinin evin təmir edin. Ona bir maşın alın verin savabdır. lakin nazirlər bir nahar yeməyinə milyonlar xərcləyirlər...

 

Tərtər

Qarabağ əlili

Mehman

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır