6 avqust 2012 - 19:30

Məsciddən heç bir şey çıxarıla bilməyib, ölən və ya yaralanan yoxdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın Missuri ştatının cənub-qərbində yerləşən məscid yandırılıb.

Verilən məlumata görə, məsciddən heç bir şey çıxarıla bilməyib, ölən və ya yaralanan yoxdur. Məscid dünən (06.08.12) yandırılıb.

Baş vermiş hadisə ilə bağlı məscidin imamcamaatı Lahmuddin açıqlama verib. Çox qəmgin və eyni zamanda şok vəziyyətində olduğunu söyləyən Lahumiddin, “Biz imanlı insanlarıq, biz bir şeyi unutmamalıyıq ki, Allah hər şeyə qadiridir. Biz bu mübarək Ramazan ayında səbirli olmalı və emosiyalarımızla hərəkət etməməliyik”, - deyə məscidin imamcamaatı açıqlamasında bildirib.

Onu da qeyd edək ki, iyulun 4-də həmən məsciddə kiçik bir yanğın hadisəsi baş vermişdi və həmin tarixdə məscidin kiminsə tərəfindən yandırıldığı məlum olmuşdu. Həbs olunan olmasa da FBİ axtarılan şəxslər haqqında məlumat verənlərə 15.000 $ pul mükafatı müəyyən etmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır