Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən iyulun 19-da qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən “prezident seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmasa da, prosesi xarici müşahidəçilər izləyib.
Onların arasında işğalçı İsrai nümayəndəsi də olub. Bu barədə “Regnum” agentliyi məlumat verib.
Azərbaycan hakimiyyətinin dost elan etdiyi, ölkəmizlə 1,6 mlrd dollarlıq silah müqaviləsi imzalayan bir ölkənin belə addımı başa düşülən deyil.
Əslində buna qədər də israil vətəndaşlarının Dağlıq Qarabağa səfəri baş tutmuşdu. O zaman Azərbaycan Xarici Işlər Nazirliyi buna öz etirazını bildirdi.
Bu dəfə qondarma respublikanın “seçkilərini” izləyən israilli müşahidəçilərlə bağlı hansı addım atılacaq?
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır