Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Banqladeşin paytaxtı rəsmi Dəkkə elan edib ki, əzab və əziyyətdən qaçaraq Banqladeşə sığınan və bu ölkədən sığınacaq istəyən Ruhinqiya müsəlmanlarını Myanma dövləti geri çağırmalıdır.
Banqladeşin xarici işlər naziri Dipo Moni deyib: Bizim ölkəmiz qaçqınların qayıtması üçün Myanmara yardım edə bilər. Halbuki, müsəlmanların bu qrupunun Myanmaya qayıdışı on illərdir durğun vəziyyətdədir.
Rəsmi Dəkkənin bu bəyanatı, Ruhinqiyada olan və azlıq sayılan müsəlmanlarının öldürülməsi və etnik təmizlənməsi barədə narahtlıqları artmaqdadır.
Banqladeşin XİN rəhbəri Myanmar dövlətindən son altı həftədəki qəddarlığa son verməyi və ruhinqiyalı yüzlərlə müsəlmanın canın xilas etməyi istəyib.
Banqladeş Ruhinqiya qaçqınlarını qeyri-qanuni miqrant sayır.
Myanma prezidenti Tin Sin ötən cümə elan edib ki, Ruhinqiya müsəlmanları bu ölkədən çıxarılmalı və BMT-nin çadır şəhərciklərinə yerləşdirilməlidirlər.
Myanma dövləti müsəlmanları rəsmən bu ölkənin vətəndaşı kimi tanımaqdan çəkinir və iddia edir ki, onlar qeyri-qanuni miqrantdırlar. Əslən fars, türk, benqal və puştun olan Ruhinqiya müsəlmanları miladın 8-ci əsrinin əvvəllərində Myanmaya köçmüşlər.
Bütün bunlarla yanaşı, Myanmada demokratiyanın rəmzi sayılan Onq San Soçi də Ruhinqiya müsəlmanları əleyhinə cinayətlər qarşısında susmuşdur.
BMT bildirib: On illər boyunca müsəlmanlara qarşı ayrıseçkilik Ruhinqiya müsəlmanlarını yurd-yuvasız etmişdir. Myanma onların qayıdışı üçün məhdudiyyətlər tətbiq etmiş və onları torpaq, təhsil və kommunal xidmətlərdən məhrum etmişdir.
Verilən məlumatlara əsasən, iyunun 10-dan 28-ə qədər, Ruhinqiyada 650 müsəlman məzlumcasına öldürülüb. Habelə 1,200 nəfər itkin düşüb və onların 80,000 nəfərdən çoxu qaçqına çevrilmişlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır