Bismillahir-rəhmanir-rəhim
Səhifeyi Səccadiyənin 44-cü və həmçinin ramazan ayının vida duaları bu ayın fəzilətlərini tanımaqlıqda və öz vəzifəmizi bilməkdə bizə çox kömək edir.
44-cü dua daha çox Ramazan ayı və insanın bu aydakı vəzifəsi, təklifləri haqdadır. İkinci dua isə əsasən bu ayın fəziləti və bu aydan bəhrələnənlərin və həmçinin bu aydan bəhrələnə bilməyənlərin barəsindədir.
Nisbətən böyük olan birinci dua bucür başlayır:
«الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِحَمْدِهِ، وَ جَعَلَنَا مِنْ أَهْلِهِ»
“Allaha həmd-səna olsun ki, bizi Özünə həmd etməyə hidayət etdi və bizi həmd əhlindən qərar verdi.”
Nəticəsi nədir?
«لِنَكُونَ لِإِحْسَانِهِ مِنَ الشَّاكِرِينَ»
“Bu həmd-səna sayəsində verdiyi ehsanların müqabilində şükr edənlərdən olaq.”
Nəticədə:
«وَ لِيَجْزِيَنَا عَلَى ذَلِكَ جَزَاءَ الْمُحْسِنِينَ»
“Möhsinlərin –yaxşılıq edənlərin mükafatını alaq.” Həmddən şükr və sonrada ehsan məqamına nail olaq.
«وَ الْحَمْدُ لِلَّهِ الَّذِي حَبَانَا بِدِينِهِ، وَ اخْتَصَّنَا بِمِلَّتِهِ»
“Allaha həmd-səna olsun ki, Öz dinini bizə ərməğan etdi və bizi Öz dininə muxtəs etdi.”
İnsan bəzən bunları, şükrünü yerinə yetirilməli nemətlərin cərgəsinə salmır. Halbuki Allahın bizə verdiyi ən önəmli nemətlərdi. Bu nemətlər təsadüf olaraq bizə verilməyib. Hidayət yolunu seçməyimiz təsadüfi deyil. Əksinə bu bir İlahi tədbir nəticəsindədir. Allah taala hakimiyyətində onun məşiyyəti –istəyi olmadan heç bir şey təsadüfən baş vermir. Odur ki, buna görə də Allaha həmd səna etməliyik.
«وَ سَبَّلَنَا فِي سُبُلِ إِحْسَانِهِ»
“Allaha həmd olsun ki, bizi ehsanla yekunlaşan yollara yönəltdi.”
Niyə?
«لِنَسْلُكَهَا بِمَنِّهِ إِلَى رِضْوَانِهِ»
“Onun köməyi ilə bu yollardan keçib Onun rizasına çatmağımız üçün.”
Həm bu yola düşməyin İlahi hidayətə ehtiyacı var və həm də bu yolda hərəkət etməyin. Bu yolun sonu haradır? Allahın Rizvan adlı cənnəti. Əgər insan bu ehsan yolunu Allahın inayətiylə etsə İlahi Rizvan məqamına nail olar.
«حَمْداً يَتَقَبَّلُهُ مِنَّا، وَ يَرْضَى بِهِ عَنَّا»
“Elə bir həmd-səna ki, Allahın razılığını əldə edərək haqqın dərgahında məqbul olur.”
İbtidada Allaha həmd edirik ki, bizi həmd əhlindən qərar verib və bizə öz dini bəxş edib və bizi Öz ehsan yollarına hidayət edib. İndi isə bu ehsan yollarında birini xüsusi vurğuluyaraq xüsusi həmd edir:
«وَ الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ مِنْ تِلْكَ السُّبُلِ شَهْرَهُ شَهْرَ رَمَضَانَ»
“Allaha həmd olsun ki, o yollardan birini Öz Ramazan ayı qərar verdi.”
Bu yolu xüsusi vurğulamaqla sanki bunun ayrıca həmdə ehtiyacı olduğunu bəyan etmək məqamındadır.
Ramazan ayını tanıtdırmaq
Sonra həzrət bu ayı təqdim edir:
شَهْرَ الصِّيَامِ، وَ شَهْرَ الْإِسْلَامِ، وَ شَهْرَ الطَّهُورِ، وَ شَهْرَ التَّمْحِيصِ، وَ شَهْرَ الْقِيَامِ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ، هُدىً لِلنَّاسِ، وَ بَيِّناتٍ مِنَ الْهُدى وَ الْفُرْقان»
“Orucluq ayı, İslam ayı, paklıq ayı, (günahlardan) təmizlənmək ayı, insanları hidayət etmək üçün və hidayət nişanəsi olan, haqqı batildən ayrıd etmək üçün Quranı nazil etdiyi ay.”
Quranın ayı, insanlar üçün hidayətin və nişanərin nazil olduğu ay. Bu ay Qurandan, hidayətdən və nişanələrindən bəhrələnmə ayıdır. Odur ki,mübarək Ramazan ayı Quranın baharıdır.
“Orucluq”, “İslam”, “paklıq”, “saflıq”, və “qiyam” insanın bu ayda əldə edə biləcək xüsusiyyətləridir. “Saimin” (oruc tutanlar) məqamına nail ola bilər. Bu orucunda öz məqam və dərəcələri var.
Yeyib-içməkdən imsak etməkdən