15 iyul 2012 - 19:30

Ərəbistan xalqının etiraz aksiyaları davam etməsinin ardınca, Ali Səud rejimi Şeyx Nomər Baqir Əl-nomərin ailəsinə onunla xəstəxanada görüşməsinə icazə verməyə məcbur olub.

Əl-aləm telekanalının məlumatına görə, Ali Səud rejimi rəsmilərinin Ərəbistanın tanınmış ruhanilərindən Şeyx Nomər Baqir Əl-nomərin həbs olunması və yaralanması ilə əlaqədar hərəkətlərinə qarşı Ərəbistan xalqının etiraz aksiyaları keçirməsinin ardınca, bu rejim şiə ruhanisinin bəzi ailə üzvlərinə Zəhran şəhəri hərbi qospitalında onunla görüşmələrinə icazə verib.Ali Səud rejimi təhlükəsizlik qüvvələri ötən həftə Şeyx Nomər Baqir Əl-nomərin avtomobilinə doğru atəş açmışdılar, nəticədə onun avtomobili mənzillərin birinə çırpılmışdı və onun özü isə güllə nəticəsində yaralanmışdı. Bundan sonra isə Ali Səud qüvvələri Şeyx Noməri naməlum məkana aparmışdılar.Ötən bazar günü Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nomər Baqir Əl-nomərin Ali Səud qüvvələri tərəfindən yaralanaraq həbs olunmasından indiyə qədər Ərəbistanın əsasən, şərq bölgələri Ali Səud rejiminin ayrı seçkilik və repressiv siyasətlərinə qarşı geniş xəlqi etirazlar səhnəsinə çevrilmişdir.