15 iyul 2012 - 19:30

Vəliyyi-Fəqihin Həcc məsələləri üzrə nümayəndəsi bildirib ki, Həcc müsəlmanlar arasında həmrəylik yaratmaq üçün ən yaxşı fürsətdir.

Höccətülislam Qazi Əsgər Taylandda "həcc, bəsirət, oyanış və islam həmrəylik simvolu" adlı beynəlxalq konfransdakı çıxışında deyib: Müsəlmanlar həcc mövsümündə bir araya gəlir və tövhid düşüncələri əsasında yekdilliyə nail olurlar. "Həcc, bəsirət, oyanış və islam həmrəylik simvolu" adlı bir günlük beynəlxalq konfransda Vəliyyi-Fəqihin həcc məsələləri üzrə nümayəndəsi ilə yanaşı. İranın Taylanddakı səfiri Hüseyn Kamaliyan , İranın Taylanddakı mədəniyyət mərkəzinin müdiri, Tayland şeyxülislamının nümayəndəsi və digər qonaqlar iştirak edib.Tədbir Banqkok şəhərinin dövlət universitetində keçirilib.