Müqəddəs Məkkə və Mədinədə aylardır davam edən mübarək Ramazan hazırlıqları tamamlanıb. Bu il 5,5 milyon zəvvar mübarək Ramazan ümrəsi üçün müqəddəs məkanları ziyarət edəcək.Mübarək Ramazan ayı münasibətilə gələnlərin əksəriyyətinin əvvəlcə Mədinədə "Məscidi-Nəbəvi"ni ziyarət etdiyi ifadə edilərkən, bu il indiyədək olanlardan daha çox, rekord sayda ümrə ziyarəti vizası verildiyi açıqlanıb.Müqəddəs Kəbədə 2000 xidmətçi ilə yanaşı əlavə olaraq vəzifələndirilən 900 xidmətçi də təmizlik işlərində işləyləcək. Müəqddəs Kəbədə, Səfa və Mərvədə əlavə soyutma üçün kondisionerlər yerləşdirilib, xüsusilə Zəm-Zəm mövzusunda çətinlik yaşanmaması üçün ziyarətçilər hər yerdə rahatca Zəm-Zəm bidonlarına və ya bulaqlarına çata biləcəklər. Mədinədə "Məscidi-Nəbəvi"də isə gündəlik 290 t Zəm-Zəm paylanacaq. 13 min su bidonu yerləşdiriləcək.Məscidi-Nəbəvidə təmizlik işlərində də 3200 nəfər xidmət edəcək. Bundan başqa hər iki müqəddəs məkanda ilahiyyatçılar hər cür problemlərə qarşı hazır gözləyəcək və ziyarətçiləri məlumatlandıracaq.
15 iyul 2012 - 19:30
Xəbər kodu: 329372
Bu il mübarək Ramazan ayında müqəddəs Məkkə və Mədinəni rekord sayda zəvvar ziyarət edəcək