15 iyul 2012 - 19:30

Livanlı siyasi təhlilçi bəyan edib ki , sionist rejim hərbçiləri Livan Hizbullahı ilə qarşılaşmaq iqtidarında deyildir.

Livan ordusunun təqaüddə olan generalı Əmin Hətit İranın Əl-Aləm telekanalı ilə müsahibədə Livan müqavimətinin 33 günlük müharibədə İsrail rejimi üzərində qələbə çalmasının ildönümü münasibəti ilə verdiyi müsahibədə deyib: Müqavimət bu gün daha artıq güclənib və düşmənin bütün hərəkətlərini uğursuzluğuna uğratmaq iqtidarındadır.Livan parlamentinin keçmiş vitse-spikeri İli Əlfərzli də 2006-cı ildə əldə edilmiş şanlı qələbədə Hizbillah lideri Seyyid Həsən Nəsrullahın rolunu yüksək qiymətləndirib və deyib: Seyyid Həsən Nəsrullah bu müharibədə Livan xalqının başını ucaltdı.Sionist rejim ordusu 2006 - ci il iyulun 12-də ABŞ və onun müttəfiqlərinin işarəsi ilə Livan müqavimətini məhv etmək üçün hərbi əməliyyatlara başladı. Lakin 33 gün qeyri-bərabər döyüşün ardınca Livan müqavimətinə məğlub oldu və cənubi Livanı tərk etmək məcburiyyətində qaldı.Bu müharibədə sionist rejim ordusu 117 hərbçisi və zabitini itirdi