11 İyul 1995-ci ildə 8.000-dən çox boşnakın öldürüldüyü Srebrenitsa soyqırımın 17-ci ili münasibətilə bu gün Potoçari Abidə Qəbiristanlığında anım mərasim təşkil edilir. Mərasimə dünyanın dörd tərəfindən gələn minlərlə adamın qatılması gözlənilir. (Deutsche Welle)Anım mərasimi daxilində qurbanlardan ötən il şəxsiyyətləri təsbit edilən 520 nəfərin cənazəsi dəfn ediləcək. Hal-hazırda Potoçari Abidə Qəbiristanlığında Srebrenitsada öldürülən və şəxsiyyəti müəyyən olunmuş 5.137 nəfərin məzarı var.