Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Mərakeşdə yerləşən II Həsən Məscidi böyüklüyünə görə dünyada 6-cı məsciddir. Onun minarəsi isə dünyanın ən hündür minarəsidir. Belə ki, bu minarənin hündürlüyü 210 metrdir.
II Həsən Məscidinin yaşı elə də çox deyil. 1993-cü ildə tikintisi başa çatıb. Bu məscidin tikintisinə 400-700 mln dollar vəsait xərclənib. Məscid kifayət qədər böyükdür. Belə ki, məscidin daxilində eyni anda 25 min adam ibadət edə bilir. Məscidin həyətini də nəzərə alanda, ümumilikdə orada eyni anda 105 min insan ibadət edə bilir. Məscidin maraqlı xüsusiyyətindən biri odur ki, məscid Atlantik okeanı sahilində, dənizin torpaqla doldurulması nəticəsində əldə edilmiş ərazidə tikilib.
Fransız memar Mişel Pinsaunun inşa etdiyi minarə isə hələ də dünyanın ən hündür minarəsi olaraq qalır. Müqayisə üçün deyək ki, II Həsən Məscidinin minarəsi Misirdə ən hündür piramida olan "Xeops" piramidansından 64 metr, Londonda yerləşən məşhur "Saat Qülləsindən" 114 metr, İtaliyanın simvollarından sayılan "Piza" qülləsindən isə 154 metr hündürdür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır