26 iyun 2012 - 19:30

İraqdan Azərbaycana köçürülən 800 nəfər münafiq hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejimi İran İslam Hakimiyyətinin ən gəddar sektası sayılan, sionist və ABŞ dövlətinin himayəsindən bəhrələnən Münafiqlər (“xalq mücahidləri”) Terrorçu Təşkilatı qüvvələrini ölkə ərazisində yerləşdirib.

Əldə etdiyimiz məlumata görə, İraqdan Azərbaycana köçürülən 800 nəfər münafiq hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib. Münafiqlərin müəyyən bir çərçivə əsasında İraqdan çıxarılmasına başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist rejimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi.

2011-ci ildə İraqdan çıxarılan Münafiqlər Terrorçu Təşkilatı üzvləri avtobuslarla İraqın Kürdüstan muxtariyyəti, Türkiyə, Gürcüstandan keçməklə Azərbaycanın Gəncə şəhərinə gətiriliblər, daha sonra Daşkəsən və Mingəçevirə gətizdiriliblər.

Tel-Əvivin razılığı ilə münafiqlərin ali şurasının üzvü Sənabərq Zahidi 2012-ci il mayın sonunda Bakıya gələrək daha 2 min münafiqin burada yerləşdirilməsi üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparıb, razılıq əldə edib. Əldə olunmuş razılığa görə, bu iki şəhərdə yerləşdirilmiş münafiqlərə yüksək səviyyədə partizan savaşı, casusluq etmək, bomba qoymaq, kommunikasiya fəaliyyətləri və terrorçu əməliyyatlar keçirmək barədə təlimlər veriləcək ki, lazım olanda İranın daxilinə göndərilsinlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır