22 iyun 2012 - 19:30

Hüseyn ibn Əli (əleyhis səlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu gün mübarək Rəcəb ayının onu İslam Peyğənbəri Muhəmməd İbn Əbdullahın (səlləllahu əleyhi və alih) nəslindən olan məsum övladı, İslam Aləminin üçüncü İmamı, Hüseyn ibn Əlinin (əleyhis səlam) anadan olan günüdür.

Bu gün dünya müsəlmanlarının ən sevincli günlərindən biri sayılır. Bu gündə Alah Təalaya edilən duaların qəbul olan günüdür. Biz ABNA olaraq dünya müsəlmanlarının bu sevincinə qoşulur və  misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətləri və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.

 İmam Hüseynin (əleyhis səlam) həyatı barədə qısa məlumat.

 

Həzrət İmam Hüseyn (əleyhis səlam) hicrətin dördüncü ili Şaban ayının üçü (626-cı miladi ili) Mədinə şəhərində dünyaya gəlmişdir. O, həzrət İmam Əli (əleyhis səlam) və Peyğəmbər (səlləllahu əleyhi va alih) qızı xanım Zəhranın (əleyhas səlam) ikinci övladı idi. Onun həyat yoldaşları 1. Şəhr Banu. 2. Leyla binti Əbu Murrəh. 3. Ümm İshaq binti Təlhə övladları isə oğulları: Əli əl-Əkbər, Əli əl-Övsət, Əli əl-Əsğər, Cəfər (əleyhimus səlam). Qızları: Səkinə, Fatimə, Rüqəyyə (əleyhinnə səlam)

Hüseyn ibn Əli (əleyhis səlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.

Hüseyn ibn Əli uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır.Həsənin şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili məhərrəm

Hüseynin mübarizələri

Hüseyn ibn Əli gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (ə) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: "Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur." Ömər özünü itirmiş halda dedi: "Mənim atamın minbəri olmayıb." Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra Hüseyni öz evinə aparıb ondan soruşdu: "Bu sözü sənə kim öyrədib?" Hüseyn : "Heç kim" –deyə cavab verdi.

Hüseyn Cəməl və Siffeyn döyüşlərində

Hüseyn atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.

Cəməl döyüşündə ordunun sol cinahının başçılığı Hüseynin öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da Hüseyn Əli tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.

Hüseyn atasının şəhadətindən sonra Həsən ilə birgə olmuşdur.Həsənin ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında Hüseyn Həsən ilə çiyin-çiyinə olmuşdur. Müaviyə Həsənə sülh təklif etdikdə, Həsən Hüseyn və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.

Hüseynin dövründəki siyasi-ictimai vəziyyət

O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi.

Hüseynin Müaviyənin hökumətinə qarşı mübarizələri

Hüseyn heç kəsin etiraz etməyə cürəti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyəyə qarşı mübarizə aparırdı. İndi Hüseynin Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq.

1) Etirazlı məktublar və çıxışlar Hüseynin Müaviyə ilə arasında bir çox məktublaşmalar olmuşdur. Bu da Hüseynin Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir.Hüseyin Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır, tənqid edir və həmən işə öz etirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.

Yezidin vəliəhdliyinə qarşı mübarizə

Müaviyə Yezidi vəliəhd təyin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından, xüsusən də, başda Hüseyn olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün beyət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra Hüseyn və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O, çalışırdı ki, onları bu işə razı salsın.Hüseyn Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:

"Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz, quşbaz və keyf adamıdır. O, ömrünü çalmaq, oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq, düşüncəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan."

Müaviyənin Hüseynin qiyamından nigarançılığı

Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: "Əmr ibn Osman xəbər verib ki, İraq və Hicazın nüfuzlu şəxsiyyətləri İmam Hüseynin (ə) yanına get-gəl edirlər." Daha sonra bildirmişdi: "Mən inanmıram ki, o, qiyam etməsin." Mərvan məktubda əlavə edib demişdi: "Bu haqda axtarış aparmışam. Əldə olan məlumata görə hələ onun qiyam etmək fikri yoxdur. Ancaq inanmıram ki, gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir."

Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əliyə da bir məktub yazdı:

"Sənin gördüyün bəzi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa, mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha, kim bir nəfərlə əhd bağlasa, gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa, sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən, müxalifətçiliklə, əgər pislik etsən, pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin."

İmam Hüseynin (ə) Müaviyəyə yazdığı cavab

"Sənin məktubunu aldım. Yazmısan ki, mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki, insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm, nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.

Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan, Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən, keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.

Təqvalı müsəlman, ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.

(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (s) buyurmuşdur: "Uşaq ataya bağlıdır, zinakar isə daşqalaq edilməlidir." (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş elan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi, onları xurma ağaclarından asdı.

Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki, elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.

Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki, Ziyad sənə xəbər vermişdi ki, o, Əlinin şiələrindəndir. Əlinin dini elə əmisi oğlu Məhəmmədin (s) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı, sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə - yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.

Sözlərindən bir başqası bu idi ki, deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (s) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (s) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bəzi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə, bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki, məni Özü razı olan işə yönəltsin.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, əgər sənə pislik etsəm, sən də mənə pislik edəcəksən, səninlə düşmənçilik etsəm, sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki, bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki, sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq, pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa, düşmənçilik et.

Ey Müaviyə! Allahdan qorx, bil ki, bütün günahların, istər böyük, istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki, Allah sənin törətdiyin cinayətləri, sırf güman nəticəsində camaatı qətlə yetirməyini, ittiham edərək onları tutub həbs etməyini, şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın), öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın."

Hüseynin böyük həcc mərasimində sərt çıxışı Müaviyənin ölümündən bir (ya da iki) il qabaq Hüseyn həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cəfər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva, xeyir və paklıqla tanınan Peyğəmbərin (s) səhabələri, tabein və bütün Bəni Haşim nümayəndələri Hüseynin Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein Hüseynin çadırının yanına toplaşdı. Hüseyn ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:

"Gördünüzmü bu zalım və qəddar kişi bizə necə rəftar etdi? Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa, təsdiq edin, yox əgər yalan olarsa, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa dəvət edin. Mən bundan qorxuram ki, bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə."

Sonra Hüseyn atasının və Əhli-beytin parlaq sabiqəsini, onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini, cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı. Beləliklə də, Müaviyənin pozğun hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəminə yaratdı.

Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şübə "Tühəfül-üqul" kitabında Hüseyndən tarixi və harada söylənildiyi məlum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bəzi nişanələrdən və xütbənin məzmunundan məlum olur ki, bu xütbə elə Hüseynin Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bəzi hissələrinin tərcüməsini oxucu