Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün hüzünlə dolu günlərdən biri. Bəşər və Cin tafalarının yeddinci İmamı, İmam Musai Kazımın (əleyhis səlam) şəhadət günüdür. Biz ABNA olaraq bu hüznlə əlaqədar ilk öncə Zamanın Sahibi İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xamenei və bəşəriyyətə dərin təsliyyət veriririy.
Mövzu ilə bağlı ziyarətçilərimizə 7-cu İmam barəsində sil-siləvari qısa anlayış veririk.
İmamın həyatı barədə qısa tanışlıq:
O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhis səlam) olmuşdur. İmam Kazim (əleyhis səlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində Abbasi Xəlifəsi Harun ər-Rəşidin (əleyhi lənə) əli ilə şəhid olmuşdur.
İmamın həyatı iki mərhələyə bölünür:
1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il)
2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin İmamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun ər-Rəşidin (əleyhimul lənə) hakimiyyətinə təsadüf etmişdir. Onun İmamlıq dövrünün çoxu isə (23 il, 2 ay, 17 gün) Harunun (əleyhi lənə) xilafəti dövrünə təsadüf edib.
İmam Kazimin (ə) həməsri olmuş xəlifələr
Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur:
Mənsur Dəvaniqi (137-158 h.q);
Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169);
Hadi (169-170);
Harun (170-193).
İmam Sadiq (ə) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki,öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1
İmam Kazim (ə) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiqin (ə) vəfat xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (ə)) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;
(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;
Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazimin (ə) böyük qardaşı);
Musa ibn Cəfər (İmam Kazim (ə));
Həmidə (İmam Sadiqin (ə) həyat yoldaşı);"
Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz!
İmam Sadiqin (ə) bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (ə) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış, lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.
Cəfəri məktəbinin hamisi
O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (ə) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiqin (ə) təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.
Seyyid ibn Tavus yazır: "İmam Kazimin (ə) xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər. "
Seyyid Əmir Əli yazır: "Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazimin (ə) rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu. "
Musa ibn Cəfər (İmam Kazim (ə)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.
Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: "Museyi-Kazim (ə) atasının elm və biliyini irs aparmış,atasının fəzilət və kamalına malik olmuşdur. O,(cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbrlə davrandığına görə Kazimləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır."
İmam Kazimin (ə) dövründə xilafətin gördüyü çirkin işlər 1. Məhdi Abbasi Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.
Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o,hakmiyyətə gəldiyi ilk vaxtda "Yaşıl bağ"da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun, istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.
Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və dörd yüz milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, "məzlumların beytül-malı" adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə, ya da onların varislərinə qaytardı.
Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki, hakimiyyət başına gələrkən Ələvilərin (Əlinin (ə) nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq, əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki, əgər bu iş beləcə davam etsəydi, bir çox parlaq nəticələr verərdi, ancaq təəssüflər olsun ki, çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.
Fəsad və əyyaşlıq mərkəzi Məhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi, sarayda əsasən, eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir və eyş-işrətə yaxın düşmürdü. Ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edərək pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah,ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də, bu, onda heç bir təsir bağışlamır. Məhdi onların cavabında deyir: "İnsanın o vaxtı xoşdur ki, kef-damağla keçsin, nədim adamlarsız həyat mənə şirin gəlmir." O, bu işə o qədər ifratla yanaşırdı ki, hətta öz ağıllı və fəzilətli vəziri Yəqub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yəqubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə, Yəqubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı.
Xilafət sarayının və eləcə də, xəlifənin pozğunçuluq,eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yəqub Məhdinin ətrafındakılarının İslam hökuməti sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: "Bu işlərdən ötrü məni vəzir təyin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?" Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun, nədim adamlar Yəqubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edərək bəzi vaxtlar şerlə deyirdilər ki, Yəqubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt.
Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur,Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şer və qəzəlləri ağızdan-ağıza gəzir və iffət, paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların etiraz sədaları ucalmağa başlayırdı.
Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də, fəsad, rüşvətxorluq baş alıb getdi, vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də, camaatı sıxışdırmağa başlayaraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur. Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.
Həzrət Əlinin (ə) nəslindən olanlara qarşı həddən artıq təzyiqlər Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki, o da hər ikisinin Ələvilərə (Əlinin (ə) nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir, hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əlinin (ə) övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı. O,şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: "Qasim ibn Məcaşi Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin Peyğəmbərliyinə etirafından sonra Əlini (ə) İmam və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) canişini kimi tanıması cümləsinə çatır, vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur.
Quranda şərabın haram edilməsi Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun Mədinədə İmam Kazim (ə) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəbrini ziyarət etdikdən sonra İmam Kazim (ə) ilə görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: "Şərab Quranda haram edilibmi?" Daha sonra əlavə edib dedi: "Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir, ancaq bu qadağanın mənasının haram olduğunu bilmir."
İmam Kazim (ə) buyurdu: "Bəli, şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur."
— Quranın harasında?
— Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu "De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri [zina etmək, lüt gəzmək və s.], hər cür günahı, haqsız zülmü... haram buyurmuşdur." ayəsində.
İmam Kazim (ə) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: "Allahın bu ayədə haram buyurduğu "hər cür günah" ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: [Ya Məhəmməd!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür." "Əraf" surəsində açıq-aşkar haram buyurulmuş "hər cür günah" ifadəsi "Bəqərə" surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki, şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur." Məhdi, İmam Kazimin (ə) bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: "And olsun Allaha ki, bu, Haşimi fətvasıdır." (Yəni bu, Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır, bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər.) Əli ibn Yəqtin də, öz növbəsində dedi: "Sizə – Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə belə elm vermiş Allaha şükr olsun!"
Məhdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: "Ey rafizi, düz deyirsən! "
2. Hadi Abbasi Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı, qaranlıq, qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil, xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyy