Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən rejim daxlində iki nəhəng qruplaşma üzə-üzə gəlib. Rejimdəki “Naxçıvan klanı” Yeraz qruplaşmasına savaş açıb.
Bunun isə ciddi səbəbləri var. Səbəbləri oxucuları diqqətinə çatdırmamışdan əvvəl yada salaq ki, Yeraz qruplaşması Azərbaycanı fəlakətə salan Heydər Əliyevin dövründə ən güclü klan hesab edilirdi. Rejimin sabiq səhiyyə naziri Əli İnsanovun timsalında ən nüfuzlu təmsiçiləri məhz bu klanın üzvləri idi. Heydər Əliyev dünyasını dəyişdikdən sonra isə Yeraz qruplaşması küncə sıxışdırılmağa başladı. Əli Insanovun həbsi ilə proses pik nöqtəyə çatdı. Yeraz qruplaşması sabiq səhiyyə nazirinin həbsindən sonra xeyli zəiflədi və faktiki olaraq rejim daxilində söz sahibliyini itirdi.
Lakin 2013-cü il prezident seçkisilə bağlı rejim daxilində vəziyyətin gərginləşməsi “Naxçıvan klanı”nın yenidən bu qruplaşmanın üzərinə yeriməsinə səbəb olub. Məlumatlarda deyilir ki, hazırda hakimiyyətdəki başqa bir güclü klanla - Paşayevlərlə mübarizədə olan “Naxçıvan klanı” düşünür ki, hansısa mərhələdə Yeraz qruplaşmasından zərbə ala bilər. Bu baxımdan Yeraz qruplaşmasını daha da zəiflədilməsinə başlanılıb. Məlumatlara görə, yaxın vaxtlarda bu kalana bağlı olan məmurların bir çoxu sıradan çıxarıla bilər. Prosesə icra başçıları arasında Yeraz qruplaşmasına daxil olanlardan başlanılması nəzərdə tutulur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır