6 iyun 2012 - 19:30

Döyüşlər Zincibar şəhərinin digər şəhərətrafı qəsəbələrində də baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Yəmənin Abyan əyalətinin Zincibar şəhərinin yaxınlığında hökumət qoşunları 17 nəfər «Əl-Qaidə» silahlısını məhv ediblər.

Döyüşlərdə iki hərbiçidə həlak olub. Yəmən silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, ekstremistlər Yəmən ordusunun 119 briqadasının Zincibar şəhərinin cənubunda Əl-Kut qəsəbəsindəki mövqelərinə hücum ediblər. Baş vermiş atışmada bir necə silahlı öldürülüb və yaralanıb.

Bildirilir ki, döyüşlər Zincibar şəhərinin digər şəhərətrafı qəsəbələrində də baş verib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır