Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ərdəbil əyalətinin ruhaniləri və tələbələri Biləsuvar sərhəd məntəqəsində aksiya keçirərək, Azərbaycan Respublikası xalqı və hökumətini Avroviziya mahnı müsabiqəsinin ləğvinə çağırıblar.
Ərdəbil əyalətinin Mişkinşəhr, Biləsuvar, Ərdəbil, Parsabad şəhərlərindən gəlmiş ruhaniləri və təlbələrindən ibarət minlərlə nəfər cümə axşamı Biləsuvar sərhəd məntəqəsində yerli vaxtla saat 13:00 - 16:00 kimi Bakıda Avroviziya mahnı müsabiqəsinin keçiliməsinə etiraz olaraq, piket keçirib.
Aksiyanın iştirakında Ərdəbil əyalətinin ruhaniləri və tələbələri bir bəyanat yayaraq, Bakıda Avroviziya mahnı müsabiqəsi və Gay Paradın keçirilməsini tənqid edib və İran İslam Respublikası rəsmilərindən Azərbaycanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, bu etirazı diplomatik səviyyətə onun diqqətinə çatdırmalarını istəyiblər.
Aksiya iştirakçıları bəyanatın sonunda Azərbaycan xalqı və hökumətini bu müsabiqənin ləğvinə çağırıblar. Onlar bildiriblər ki, Qarabağın azad edilməsi yalnız İmam Hüseyn Məktəbinə arxalanmaqla mümkün olan işdir. Müxtəlif musiqi və fəsad törədici proqramlar vasitəsi ilə heç zaman xalqın qeyrət və şərəfin yaşatmaq olmaz.
Aksiyada "Azərbaycan Şiəsi Qəbul Etməz Zilləti" və "Azərbaycan Dövləti Qarət Edib Qeyrəti" “Müsəlmanın Sərvəti Olub Yəhud Qarəti” şüarları səsləndiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır