Allahın adı ilə!
Allah-Tallanın ən səfalı və mərhəmətli aylarından bir sayılan Rəcəb ayının gəlişi və bu ayda olan fəzilətləri ələ gətirmək ümidi ilə, bütün müsəlman xalqımıza mənəvi uğurlar arzu edirəm! Ümidvarəm ki, dünya şeytanpərəstlərinin müsəlman xalqımıza qarşı qurduğu bütün şeytani planlar, Allahın-Taalanın yenilməz qüdrəti ilə boşa çıxsın və müsəlman xalqımız, öz müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü Allahdan gələn güc-qüdrət və iman gücü ilə tam şəkildə təmin edə bilsin! (İlahi Amin!)
Haqqında bəhs etmək istədiyim mövzu, müqəddəs kitabımız Qurani-Kərimdə alimlərin məqamları haqqında qısa da olsa, həmvətənlərimə məlumat verməkdir. Ümumiyyətlə, dünya yaranandan bu günə kimi cəmiyyətin ictimai-siyasi və mədəni həyatında alimlərin, ziyalıların, şairlərin, daha doğrusu elm adamlarının çox mühüm rolu olmuşdur. Bu cəhətdən, peyğəmbərlərin varisləri sayılan alimlər, hər bir cəmiyyətin və xalqın həm milli, həm də mənəvi sərvətləridirlər. Alimsiz cəmiyyət kor, kar və lal olub, qaranlıq və zülmətdə yaşan bir cəmiyyət sayılır. Alimlər, yer üzünün nurları və yol göstərənləridirlər. Alimlər dərəcə və etibarlarına görə hansı şəraitdə olmalarına baxmayaraq, canları bahasında olmuş olsa, xalqı düzgün yola yönəldənlərdir. Əgər biz dünya okeanında cəmiyyətin kamilliyyə tərəf aparan bir gəmidə qərar tutmasını təsəvvür etsək, bu gəminin sükanı həmin alimlərin əlindədir. Bu səbəbdən alimlər yer üzündə göyə nisbətdə qaranlıqda görünən ulduzlardır.
Müqəddəs Quranımızda əsl elm və bilik haqqında o qədər sifarişlər olunub ki, hər bir mütəfəkkür şəxs bu mövzuda təhqiqat aparsa, qəti şəkildə dərk edər ki, həyatımızın əsas məğzini təşkil edən elm və biliyin İslamda nə qədər dəyər və əhəmiyyəti vardır. Təbii ki, Allah yanında elm və biliyin nə qədər dəyər və məqamı varsa, elm və bilik sahibinin bir o qədər dəyər və məqamı var. Quran Kərimdə alimlər əsasən, iki dəstəyə ayrılır. Birinci; imansız alimlər. Yəni, elm və bilikləri olmasına baxmayaraq, bilik və elmlərinə xəyanət edərək, heç vaxt əməl etməz, hər zaman öz şəxsi mənfəəti və siyasi oyunlarına görə, elmdən sui istifadə edərlər. Belə alimsifətlər öz şəxsiyyətlərini qorumamaqla yanaşı başqalarının da şəxsiyyətlərinə dəyər verməyi bacarmazlar. Belə alimsifətlər, cəmiyyətdə öz yaramaz əməlləri ilə tanınar və əslində, cəmiyyəti quldarlığa, manqutlaşmağa və yaltaqlığa tərəf dəvət edərlər. Quranda belə alimlərdən ulağ ünvanı ilə ad aparılır. Quranda oxuyuruq: “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (alimlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər.” (Cümə surəsi 5) Həmçinin, bəzi ayələrdə xalqın malın mənimsəyib, haqqı gizlədən bəzi alimsifətlərə də işarə olunur. Quranda oxuyuruq: “Ey iman gətirənlər! (dünya) alimlərindən və (məbəd) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (Bəqərə surəsi 34)
Göründüyü kimi vəzifəsi insanları nura və kamilliyə tərəf aparmaq olan bəzi alimsifətlər, dünyada olmazın oyunlarından çıxır, pul, mal və sərvətə görə hətta, Allahı da danmağa hazır olurlar. Bu cəhətdən, müasir dünyanın zülm, haqsızlıq, ədalətsizlik, şeytan və şeytanpərəstliyin bürüdüyü bir vaxtda, İslama, öz elminə, müsəlman xalqına, insanlara xidmət edən imanlı alimləri digər dünyapərəst və şöhrətpərəst alimlərdən ayırmaqda çox diqqətli olmaq lazımdır. Bəzən, haqqı deyib, haqsızlığa qarşı çıxdığına görə zindanın bir guşəsində yatan imanlı alim, Allah-dərgahında illərlə vəzifə və dünyaya qulluq edən, imansız və şəxsiyyətsiz alimlərdən min dəfələrlə üstündür. Belə alimlərə, Allah-Taala Qurani-Kərimdə xüsusi müqəddəs məqamlar verir və belə imanlı alimlər dində müqəddəs saylır. Quranda o cür alimlər haqqında oxuyuruq: “Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!” (Mücadilə surəsi 11) Ayedə, elm bəxş edilmiş imanlı alimlərdən söz gedir və belə alimlərin Allah dərgahında bütün insanlardan üstün olması şəksizdir.
Ona görə də bu dəstədən olan alimləri dünyada yaxşı tanımaq lazımdır. Belə alimlərin Allah dərgahında müqəddəs sayılması labüddür. Müqəddəs Quranın digər bir ayəsində, öz cəmiyyətində baş alıb gedən fitnə-fəsada göz yuman və ya onların qarşısını almaqdan ötrü heç bir qədəm atmayan inmansız alimlərə də işarə olunur və onların aqibəti vurğulanır. Quran Kərimdə oxuyuruq: “Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir! Kaş onların (cəmiyyətinin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!” (Maidə surəsi 62-63)
Müqəddəs Quranda başda alimlərin (ümumiyyətlə, ən sadə insanların da) ən böyük günahı və xətası, cəmiyyətdə gedən zülmə və haqsızlığa qarşı Haqq səslərini çıxarmamaları və Haqqı xalqdan gizlətmələridir. Bu haqda da Qurani-Kərimdə oxuyuruq: “Allahın nazil etdiyi Kitabda olanları gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!” (Bəqərə surəsi 174)
Amma, qeyd etdiyimiz kimi Qurani-Kərimdə, əsl imanlı alimlərin haqqında həddən artıq tərif və müqəddəsliklərə işarə olunur. Belə imanlı alimlərdən, Quranda elm sahibləri, bilik sahibləri, elm verilmiş kəslər, ağıl sahibləri, bəsirət sahibləri, elmdə qüvəətli olanlar (rasixun), yanlarında kitab olanlar, mütəfəkkirlər, bilənlər, ağıllarından və elmlərindən istifadə edən dəstələr və sair kimi adlardan istifadə edilmişdir.
Bütün bu ad və ünvanlardan əlavə, imanlı alim və müctehidlərin müqəddəs Quranda xüsusi mənəvi və müqddəs məqamlarına da açıq-aydın işarələr olunmuş və bütün bəşəriyyətdən belə alimlərin məqam və şəxsiyyətlərinin qorunması tələb olunmuşdur. İndi də imanlı alimlərin müqəddəs Quranımızda olan müqəddəs məqamlarına işarə edək:
Birinci: İmanlı alimlər tövhid əhli olub, mələklər ilə bir sırasında qərar tuturlar: “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.” (Ali İmran surəsi 18)
İkinci: İmanlı alimlər varlıq aləmində, Allahın nişanə və alamətlərini bəsirət gözü və imanları ilə görür, ilahi mərifət ələ gətirirlər: “Həqiqətən, ağıl sahiblərindən (mütəfəkkirlərdən) ötrü, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.” (Bəqərə surəsi 164)
Üçüncü: İmanlı alimlərin Allaha, Qurana və bütün səməvi kitabları imanları var, onlar namaz qılar, zəkar verər və Qiyamət gününə etiqadları olar: “Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!” (Nisa surəsi 162)
Dördüncü: İmanlı alimlər dua əhli (yəni, həmişə xalqa dua edib) olub, yerin və göylərin yaranışı haqqında təfəkkür edər, Allah-Taalanın dərgahında (günah edərsə) rüsvay olmaqdan vəhşət edər (yəni, çox ehtiyatlı yaşayış tərizi keçirər), Allahın elçilərinə və Ona tərəf çağıranlara inanar və onların duaları tez qəbul olar: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
O kəslər (ağıl sahibləri) ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (öz dinini qorumaq məqsədilə köçənlərin, din elmi yolunda vətəndən köçüb), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" (Ali İmran surəsi 190-195)
Beşinci: İmanlı alimlər, Allahın əzəmətinə dəlalət edən əlamətlər müqabilində torpağa düşüb ağlayar, Quran ayələri onların qəlbində Allah qurxusun çoxaldar:
“ (Ya Rəsulum!) de: "İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (elm əhli) yanlarında (Qur’an) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
Və: "Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!" - deyərlər.
Onlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.” (İsra surəsi 107-109)
Altıncı: Təkcə imanlı alimlər təvazökarlıqla Allaha xalis pərəstiş edərlər: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar).” (Fatir surəsi 28)
Y