18 may 2012 - 19:30

Zərdab rayon qoçusu Lütvəli Babayev iki gün öncə keçirdiyi iclasda hicab bağlamış bir qadını toplantıdan qovub.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Azərbaycanda mütəmadi olaraq dindarların şikayət etdiyi hicabla bağlı problemlərin yarandığı müşahidə olunur. Belə problemlərdən biri də ötən gün Zərdab rayonunda yaşanıb. Bu barədə məlumatı rayon sakinlərindən biri sosial şəbəkələrdə yayıb.

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iki gün öncə keçirdiyi iclasda hicab bağlamış bir qadını toplantıdan qovub. Tələbi də bu olub ki, əgər qadın hicabını açmasa, nə işdə qalacaq, nə də toplantıya qatıla biləcək.

Düzdür, təəssüf ki, həmin qadın qorxusundan başını açaraq, yenidən iclasa qatılıb. Amma bunu da onun ehtiyacının çoxluğu ilə və işini itirərsə, ailəsində sıxıntılarının yaranması ilə izah ediblər.

Bundan başqa, Lütvəli Babayevin Zərdabda yeni qaydalar tətbiq etdiyinə dair də məlumatlar var. İcra başçısının yeni qərarına əsasən bundan sonra rayonda kim işə düzəlmək istəyirsə, ilk növbədə YAP-a üzv olmalıdır. Əks təqdirdə, həmin şəxsin işlə təmini mümkün deyil.

İcra başçısının belə qərarından sonra rayon gəncləri arasında narazılıq yaranıb. Çünki onların bir çoxları heç bir siyasi təşkilatın üzvü olmaq istəmirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır