15 may 2012 - 19:30

İndoneziyada Amerikalı müğənni Ledi Qaqanın verəcəyi konsert etirazla qarşılanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İndoneziya xalqı milli və dini mentalitetin bir daha qoruyaraq qeyri millimental, əxlaq və şoulara qarşı kəskin etiraz etdilər. Belə ki, İslamçı qruplar və  millət vəkilləri Amerikalı müğənni Ledi Qaqanın İndoneziyada verəcəyi konsertə qarşı çıxıblar.

Polis idarəsinin nümayəndəsi Boy Rafli Amar iyunun 3-də baş tutacağı gözlənilən “Born This Way” konsertinə icazə verilmədiyini bildirib.

Ledi Qaqanın İndoneziya konsertinin Asiya turnesinin ən böyük şousu olması gözlənilirdi.

Müğənninin bu konserti üçün 52 min bilet satıldığı xəbər verilir.

Bu ölkədəki bəzi dini qruplar pop müğənninin prvakasion geyiminin və cinsi həyatı reklam edən şoularının gənclərin əxlaqını pozacağını bildirir.

Ledi Qaqanın konsertinə 18 yaşdan yuxarı tamaşaçıların girişinə icazə verilmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır