5 may 2012 - 19:30

Doktor Cavanpur: "Bakı dövləti Qarabağı azad etməyəçalışmaq əvəzinəİslamla mübarizəaparır".

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən doktor Əziz Cavanpur "Azərbaycan Respublikası Olaylarına Hüquqi Baxış" konfransındakı çıxışında Azərbaycan dövlətinin Atatürk və Rzaxan kimi şəxslərin aqibətindən ibrət götürməsinin lüzumuna işarəedərək dedi: "Sekülar rejim Azərbaycanda dinəzidd olan proqramlar təşkil etmək vəməzhəbi mərasimlərin keçirilməsinə mane olmaqla, birincisi, bu ölkənin mədəni və məzhəbi bağlılığını bir-birinə vurmaq; ikincisi, qərb dünyası və onun liderləri qarşısında xoşrəqslik etmək istəyir".

Doktor Cavanpur onların bütün mümkün olan vasitələrindən istifadə etməklə öz nökərliklərini qərb mədəniyyəti və qərb ölkələrinə göstərməyə çalışmalarına işarə edərək artırdı: "Cənab, İlham Əliyev! Mənim xitabım sizədir. Bil, Məhəmməd Rza şah Pəhləvi neçəillər sionist rejimin xidmətində dayandı. Amma indi nəözündən, nədə nəslindən bir xəbər yoxdur. İslam ölkəsi hökumətinə başçılıq edən sizin kimi bir şəxs nə üçün cinayətkar İsraillə öz əlaqələrinizi kəsmirsiniz? Halbuki, bu gün İslam ümməti öz dövlətlərindən İsraillə əlaqələrini kəsmələrini tələb edir və dövlətlər də aram-aram xalqın istəklərinə təslim olurlar".

Doktor Cavanpur İlham Əliyevin İsrailə nökərçilik etməsini açıqlamaqla yanaşı artırdı: "O, Qarabağı unudubmu? Qarabağı azad etməyə çalışmaq əvəzinə İslamla mübarizə aparır".

O, hicabın müsəlmanların qeyrət və izzət simvolu olmasını açıqlayaraq, hicab olmadıqda qeyrətin də olmayacağını, qeyrətin uzaq düşdüyü bir ölkənin isə hətta torpaqları da işğal olar-deyə bildirərək artırdı: "Bu günləri tarix boyu çoxlu kişi və qadınların özlərini ilahi dəyərlərin qorunması uğrunda fəda etdiyi, canlarından keçdiyi bir ölkədə Bakı dövlətinin İsrail siyasətlərini bundan artıq davam etdirməsinə icazə verilməyəcək".

Şərqi Azərbaycan Elm və Tədqiqat Universitetinin rektoru, hal-hazırda Bakının Türkiyənin səhvlərini təkrar etməsinə də işarə edərək davam etdi: "Onlar hicab qadağasını ləğv edirlər, Azərbaycan dövləti təzə, hicabı qadağan edir".

O, "Eurovision" müsabiqəsinin sionistlərin istəyi ilə təşkil edilməsinə də toxunaraq artırdı: "Əminik ki, sionistlərin istəyini icra etmək tezliklə bu hökumətin evini yıxacaqdır".

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır