Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Amerika qəzeti Qərbin Azərbaycanla bağlı siyasətinə dair ziddiyyətli məqalə ilə çıxış edib. ABŞ-ın tanınmış köşə yazarları artıq bir neçə günlərdir ki, Obamanın səhvlərini təhlil edərək onun yürütdüyü xarici siyasətə qarşı fəal kampaniyaya başlayıblar. Demək olar ki, bütün tanınmış siyasətçilər və ekspertlər Obamanın siyasətində Azərbaycan faktoruna toxunublar.
Vesti.az-ın yazdığına görə, Floridanın populyar “Headline Surfer” internet qəzetinin baş redaktoru Henri Frederik öz məqaləsində Obamanın İran siyasəti ilə bağlı yazıb: “Ağ Ev İrana zərbələrin endirilməsi üçün guya Azərbaycan və İsrail arasında sazişin olduğunu açıqlayandan sonra hər iki ölkəni pis vəziyyətdə qoydu. Administrasiyanın heç ağlına da gəlmədi ki, belə bir sazişin mövcudluğuna çox az adam inanacaq. Obama İsraili çətin vəziyyətə saldı və Azərbaycanı – bizim Qafqazda ən yaxşı strateji dostumuzu günahkar cildində təqdim etdi”.
Bundan başqa, bu yaxınlarda ABŞ-ın WNWI onlayn radiosu da bu barədə danışıb və tanınmış politoloqlar Amerikanın Azərbaycanı anti-İran qüvvə kimi təqdim etməklə səhvə yol verdiyini bildiriblər.
Radio həmçinin “Avroviziya” ilə bağlı olaraq Avropa ölkələrinin apardıqları kampaniyaya da toxunub: “Bəzi Avropa ölkələrində səhər saatlarında “Avroviziya” paytaxtının Romaya köçürüldüyünə dair xəbər yayıldı. Çoxları hətta biletləri qaytarmaq istəyiblər. Amma təxminən 15 dəqiqədən sonra bu xəbər bütün sayt və portallardan yığışdırıldı. Bu, Azərbaycana qarşı məqsədli qara kampaniyadır”. Qeyd edək ki, bu şayiə “Avroviziya”-nın rəsmi saytına və başqa nüfuzlu informasiya agentliklərinə istinadən yayılmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır