25 aprel 2012 - 19:30

İsrailin “SHABAK” idarəsinin zabitləri “qeyri fəal casus”a Qəzzədə bəzi hədəfləri nəzarət altına almaq tapşırığın vermişlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qəzzə Müqavimət Təşkilatın xəfiyyələri işğalçı israil rejimin daha bir casusun aşkar edib yaxalayıblar. Qəzzə Müqavimət Təşkilatından verilən məlumata görə,  ələ keçmiş xəfiyyə “qeyri fəal casus” adlanır.

Bu şəxs hələ “Əqsa İntifadəsi” başlamamışdan öncə İordaniya çayının qərb sahili və Qəzzə Zolağına get-gəl etdiyi zaman sionist israil rejimin “SHABAK” xəfiyyələri tərəfindən onlarla əməkdaşlıq göstərməyə cəlb edilir. Lakin o zamandan bu vaxtadək ona heç bir xüsusi tapşırıq verilmir.

Qəzzə Müqavimət Hərakatının açıqlamasında deyilir: “Təşkilatımızın Əmniyyət bölümünün əməkdaşlarının göstərdiyi fəaliyyət nəticəsində İsrail İşğalçılarına muzdurluq edən xəfiyyələr bir bir ələ keçirildi nəticədə sionistlərin Qəzzə daxilində casusluq şəbəkəsi iflic vəziyyətin özünə aldı. Buna görə də israilin “SHABAK” xəfiyyə idarəsinin zabitləri “qeyri fəal casus”la əlaqəyə girərək ona bəzi hədəfləri nəzarət altına almaq tapşırığın vermişlər. Ancaq bizim xəfiyyələrimizin təqdirə layiq fəaliyyətləri nəticəsində sionist casusu ələ keçmişdir.”

Qeyd edək ki, İşğalçı İsrail ordusunun “casusluğa cəlb etmə şöbəsi”nin məsulu bir müddət öncə tutduğu vəzifəsindən istefa vermişdir.

Fələstinin seçilmiş hökumətinin sözçüsü bir neçə gün öncə verdiyi açıqlamada demişdir: “Qəzzə Müqavimət Təşkilatının əmniyyət qoruycuları sionist rejimin casusların bir bir ələ keçirtməklə İşğalçı İsrail Rejimini Qəzzədə casus cəzb etmək böranı ilə üz-üzə qoymuşdur”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır