22 aprel 2012 - 19:30

Ölənlərin sayı o qədər çoxdur ki, dəqiq hesablama aparmaq olduqca çətindir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fransa KİV-inə müsahibə verən Sudan Silahlı Qüvvələrinin komandanlarından olan Kəmal Məruf deyib: Cənubi Sudan qoşunlarından 1.200 nəfər öldürülüb.

Rəsmi Xartum isə, öz tələfatı haqqında məlumat verməyib.

Cənubi Sudanın rəsmiləri isə, Heqliq şəhərindən tamamilə geri çəkildiklərini bildiriblər. Rəsmilər bildirib ki, bizim ordu Heqliq şəhərindən çıxarkən, Sudan qoşunları bizə hücum etdilər.

Sudan bu iddiaları rədd edib və bildirib: Biz öz sərhədlərimizə təcavüz etmiş şəxsləri öldürmüşük.

İki Sudan arasındakı qarşıdurma isə, Cənubi Sudanın neft şəhəri olan Heqliqi ələ keçirdiyi keçən həftədən intensivləşib.

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır