13 aprel 2012 - 19:30

İİR-sı Səfirliyi: Biz jurnalistlərin yazdlığı məktubu İmam Xamenei həzrətlərinə göndərmişik

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycandan olan bir qrup Kəlbəcərli jurnalistin aprelin 3-də Dünya Müsəlmanlarının Ali Dini Lideri Seyid Əli Xamneiyə göndərdiyi məktub ünvanına çatdırılıb. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, azərbaycanlı jurnalistlərin məktubu artıq İmam Xamneiyə göndərilib. “Biz jurnalistlərin yazdlığı məktubu İmam Xamenei həzrətlərinə göndərmişik, lakin cavabın nə zaman veriləcəyini dəqiq bilmirik”-deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan olan jurnalistlər Rusiya prezidenti Vladimir Putinə və İranın dini rəhbəri Seyid Əli Xamneiyə Dağlıq Qarabağ probleminin həllinə kömək göstərmələri üçün məktub yazıblar. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır