12 aprel 2012 - 19:30

Aksiyaya Yerevandan da nümyəndələr gəlib və əllərində Sumqayıtda ermənilərin “qətli” ilə bağlı plakatlar olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan filmlərinin Ermənistanın Gümrü şəhərində təşkil olunacaq gestivalı uğuursuzluqla sona çatdı. Festival baş tutmadı. Çünki bu günə nəzərdə tutulan festivala etirz olaraq şəhər əhalisi və müxtəlif təşkilat üzvləri etraz aksiyası keçirib.

Aksiyaya Yerevandan da nümyəndələr gəlib və əllərində Sumqayıtda ermənilərin “qətli” ilə bağlı plakatlar olub. Aksiyaya hətta şəhərin meri Vardan Qukasyanda qatılıb.

Festivalın təşkilinə cavabdeh olan Qeorqiy Vanyan isə jurnalistlərdən və festivala gələnlərdən üzr istəyərək bildirib ki, festival olmayacaq. Vanyan deyib ki, qonaqların təhlükəsizliyinə qarant verilmədi və buna görə risk edə bilməzlər.

Qeyd edək ki, festivala etiraz edənlər arasında “Daşnaksütyun” partiyasıda var. Həmin “Daşnaksütyun” partiyası ki, əliyevlər aprelin 2-də “Milli Məclis”də «Avronest» Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş cəmiyyəti üzrə Komitəsinin keçirtdiyi iclasa təm tərahla dəvət edərək tədbirin başçılığın məhz əli azrbaycanlıların qanına bulaşmış erməni separatçı deputatlara verib. Və tədbiri “Daşnaksütyun” partiyasının üzvü işğalçı erməni deputat Safaryan aparıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır