Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Almaniyanın xarici işlər naziri Gido Vestervelle II Nüvə Təhlükəsizliyi Sammitində jurnalistlərə açıqlamasında deyib: “Almaniya İranla “altılıq” ölkələri arasında yeni müzakirə mərhələsinin başlanmasını dəstəkləyir”.
İran İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməsini istəyən G. Vestervelle əlavə edib ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək İranın ən təbii haqqıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır