Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misirdə yeni prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizəd olaraq bir çox insanlar namizədliyini irəli sürmüşlər. Sevinc doğura biləcək bu hadisə Misir və İslam Dünyası üçün təssüf edici bir hala çevrilə bilər. Çün ki, prezidentliyə namizədlər arasında Ərəb Birliyinin keçmiş baş katibi Əmr və Hüsnü naMübarəkin Kəşfiyyat Xidməti Başçısı Ömər Süleymanın da namizədliyi müşahidə olunur.
Əldə edilən məlumata görə, Misirdə vətəndaşlar 10 Aprelə qədər prezident namizədliyi üçün lazımı orqanlara müraciət edə bilərlər. Lakin etirazların edilməsi üçün isə təyin edilən vaxt 11 ilə 13 Aprel arasında mümkün olması açıqlanır.
Qeyd edək ki, İşğalçı İsrail rejimin Hərbi radiosunun internet saytı üçün müsahibə verən Ərəb Mütəxəssisi Jacky Hugi prezidentliyə namizəd olan Ömər Süleymanın seçkilərdə qələbə qazanacağını iddia etmişdir.
Jacky bildirmişdir: "Ömər Süleyman, İslamçı namizədlərdən Əbdulmunim Əbul Futuh və sələfilərin namizədi Həzim Əbu İsmailə qarşı qələbə qazanacaq".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır