Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Tunisin Dini İşlər Nazirliyi “Bacə” şəhərinin “İbni Əbbas” Məscidinin İmamı və Cümə Xətibi olan Muhəmməd İkram əl-Vusəlatini, Cümə Xütbəsini vəhhabi müftisi olan “Aiz əl-Qərni”nin öhdəsinə qoyduğu üçün işdən azad etmişdir.
Dini İşər Nazirliyi olayla əlaqədar komitə təşkil etmişdir. Komitənin əsas məqsədi əl-Vusəlatinin icazəsiz olaraq əcnəbi şəxsə, Cümə Xütbələrinin ikisinin də məhz vəhhabi müftisinə verməsinin dəlilin öyrənməkdir.
Qeyd edək ki, vəhhabi müftisi olan “Aiz əl-Qərni” təkfirçi fətvaları ilə məhşurdur. Onun bu yaxınlarda verdiyi axrıncı fətvası Bəşər Əsədi terror edilməsinin vacib olduğu fətvadır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır