Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən vəkil Anar Qasımlının verdiyi məlumata görə Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyev Salyandakı 5 saylı, ilahiyyatçı Taleh Bağırov isə Bakının Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə müəssisələrinə köçürülüb.
Arif Qəniyev 2011 ilin avqust ayında əliyevlər rejiminin qüc strukturları tərəfindən xüsusi zorakılıqla tutularaq mövcud rejimin Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ŞƏRLƏNİB.
O, əliyevlər rejiminin sifarişi ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Arif Qəniyev birinci instansiya məhkəmənin qərarından apellyasiya şikayəti verməyib.
“Hicaba azadlıq” aksiyasına görə (ötən il mayın 6-da Bakıda keçirilib) tutulan Taleh Bağırova isə 2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsi rejimdən aldığı tapşırığa əsasən 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
İlahiyyatçı əliyevlər rejimi tərəfindən Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ŞƏRLƏNİLİB.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır