Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejiminin Gəncə-Basardakı qoruyucuları bir neçə gün öncə haqqnahaqq ələ keçirtdikləri dindarları xüsusi rejimdə saxlamağa səy etdikləri barədə xəbərlər yayılmışdır. Belə ki, rejim mühafizkarları Dindarların Vəkilliyini qəbul edən Nemət Kərimliyə zorakılıq işlətmiş və ona hədə qorxu gəlmişlər. Olayla bağlı vəkil kətbi şikayət edəcəyini bildirmişdir.
Aldığımız məlumata görə artıq vəkil Nemət Kərimli lazımı orqanlara şikayətini yazaraq işi həll edib. Bu barədə vəkil açıqlamasında deyib ki, martın 6-da Respublika Prokurorluğunda qərb bölgəsi üzrə kurator Cəsarət Əzizovla görüşüb: “Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqlərinin hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşə imkan yaratmaması haqda ərizə təqdim etdim. Görüşdən yarım saat sonra Cəsarət Əzizov zəng etdi ki, Gəncə şəhər prokurorunun müavini ilə danışıb və problem aradan qaldırılıb”.
Nemət Kərimli martın 9-da Gəncəyə gedib dindarlarla görüşəcəyini deyib.
Gəncəli dindarlar – Höccətül İslam Ruhani Asəf Zeynalov və Dindar İlham Əkbərov fevralın 17-də və 18-də həbs olunublar. Onlar xuliqanlıqda ittiham olunurlar.
Vəkil martın 1-də dindarlarla görüşmək üçün Gəncə Şəhər Baş Polis İdarəsinə getsə də, buna nailolmayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır