Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən AİP Qurana qarşı edilən hörmətsizliklə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, dünyanın şər qüvvələri özlərinə məxsus mürtəce antiislam siyasətini davam etdirirlər. Üzdə maskalanaraq, inanclara guya tolerant münasibət bəsləyən ABŞ-ın hakim dairələri gah keşişlərin, gah da istilaçı əsgərlərin əliylə müqəddəs Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə şərait yaradırlar.
Azərbaycan İslam Partiyası bu addımı insanlıqdan kənar hərəkət, bəşəriyyətə düşmənçilik kimi qiymətləndirir. Bizcə bu, həm də insanlıq üçün dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, dünyanın bütün inanclıları üçün, xüsusən də Məhəmməd (s) ümməti üçün bir imtahandır. Qarı düşmən dost olmaz.
Allaha qarşı düşmənçilik edənlərin iyrənc niyyəti bəşəriyyətin məhvidir. ABŞ təmsilçilərinin sivilizasiyalar arası düşmənçiliyə xidmət edən addımları dünyanı inkişafa deyil, böyük fəlakətlərə sürükləyir. Bu gün əfqan xalqının ABŞ-ın istilaçı, qəsbkar əsgərinə nifrət və qəzəbi dünyanın bütün tərəqqipərvər, sülhpərvər insanlarının qəzəb və nifrətidir. Ümid edirik ki, zülm və istismar uzun sürməz. Dünya xalqları tez-gec şər qüvvələrinin layiqli cavabını vermək üçün vəhdət tapacaq və faciələrin sonuna qərar verəcəklər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır