27 fevral 2012 - 20:30

Tapança gəl gedək. 17 il təhsil almış, başı əmmaməli bir Seyyid ruhani var, onu tutmağa.

Polis rəisi otağındakı seyfi açıb içərisinə bir bükülü qoyur. Seyfin içərisində bir uzun iş günündən sonra dincələn “heroin” yuxudan ayılır.

- Kimdi?

- Mənəm marixuana.

- Xeyir ola?

- Təzə düzəlmişəm işə. Bu gündən səninlə bərabər işləyəcəm.

- Hə lap yaxşı onsuz da tək çatdırmıram. Onun cibindən bunun cibinə, bunun cibindən onun cibinə girməkdən bezmişəm.

- İndi nə sezonudur?

- Dindar sezonu. Dindarları tuturuq. Düzü utanıram özüm də. Çünki dindarın cibindən çıxanda sənə inanan olmur. Uşaqların da yanında biabır olmuşam. Bir narkaman olsaydı intihar edərdim.

- Məni işə götürəndə dindar söhbəti olmadı axı? Yox mən də istefa edəcəm.

- Elə də guya ölkədə narkotik azlığıdır. Heç kim tapılmasa da rəis öz oğlunun otağındakını gətirəcək.

Elə bu vaxt qıraqdan səs gəldi.

- Sakit olun yataq da axşam simendəyəm axı.

- Bu kimdi?

- Tapançadır. Onun yanındakı da qumbara. Onlara nə var ee “ağ adamlardı”. Heç olmasa ruhanin cibindən çıxırlar.

Seyfin qapısı açıldı. “Heroin” və “marixiuana” irəli çıxdı.

Rəis əsəbi halda:

- Siz yox. Tapança gəl gedək. 17 il təhsil almış, başı əmmaməli bir seyyid ruhani var, onu tutmağa.

- Hə bu başqa məsələ. Gedək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır