18 fevral 2012 - 20:30

Baxın ey əliyevlər məmurları! Qəddafi tərəfdarları hələdə canlarını qurtara bilməyiblər! Belə bir gün sizində intizarınızı çəkir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qəddafi rejiminin dağılmasına baxmayaraq xalq kütləsi yeni hakimiyyətlə danışıqlar aparmadan Diktator Qəddafinin tərəfdarlarının ovuna çıxıblar.

Beynəlxalq Əfv Komisiyası Libiyada gedən hadisələrlə bağlı açıqlama verib. Açıqlamada deyilir: “ Qəddafinin devrilməsində aktiv rol oynayan yüzlərlə silahlı dəstələr mərkəzi dövlətdən heç bir icazə almadan Libiyada özbaşına Qnunu tətbiq etmək istəyirlər. Trablosun keçən ilin avqust ayından bəri süqut etməsinə baxmayaraq silahlı qruppalar hələdə səhnədən kənara keçmək niyyətində deyillər.”

Amnesty International raportunun davamında bildirir: “Libiya Müvəqqəti Dövlət Şurası hələdə ölkə daxilində olan silahlı qruppaların məsələsi ilə bağlı bir iş görə bilməyib. Bu şura nə Libiyada xalqa zülm edən Qəddafi tərəfdarlarının mühakiməsinə başlamışdır və nə də ki, Qəddafi və onun oğlunu mühakiməsiz qətlə yetirənləri mühakimə etmişdir.”

Qeyd edək ki, Libiyada vəziyyət hələdə gərgin olaraq qalır. Aldığımız məlumata görə təkcə fvralın 16-da Libiyada qəbilələr arasında gedən çəkişmələrdə onlarla libiyalı vətəndaş həlak edilmişdir.

Silahlı Qrupların bir çoxunun özəl zindanları vardır. Bu qruppalar hər kimi ki, Qəddafi rejimi ilə əlaqədar olmasını aşkarladıqda və yaxud güman etdikdə ki, Qddəafi rejimi ilə hhəmkarlıq edirmiş, onların hammısını tutaraq xüsusi zindanlarında saxlayıb işkəncələr verirlər.

Reuters xəbər agentliyi Misrata və Trablosdakı belə özəl zindanların bir neçəsinin daxilinə girə bilib və orada maraqlı çəkilişlər aparıb.

Baxın ey əliyevlər məmurları! Qəddafi tərəfdarları hələdə canlarını qurtara bilməyiblər! Belə bir gün sizində intizarınızı çəkir!

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır