Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandır Lukaşoviç keçirilmiş mətbuat konfransında dedi: Rusiya Xarici İşlər Nazirliyi israil mediyaları tərəfindən yayımlanan xəbərləri diqqətlə izləyəcək. Xəbərlərin doğruluğu sübuta yetdiyi sürətdə onda nigəran olmağlığa dəyər. Və ABŞ-ın Suriya müxalifətçilərinə dəstək üçün “beynəlxalq d ostluq” kompaniyasın təşkil etməsi Beynəlxalq Qanunlara tamamilə ziddir.
Lukaşoviç hər hansı bir xarici ölkənin Suriyanın daxili işlərinə dəxalət etməsinin qarşı çıxaraq dedi: “Ərəb ölkələrindən təşkil tapmış “Nazirlər Qrupu” Suriyanın sabitliyi üçün ən gözəl variantdır. Rusiya bu variantı dəstəkliyir” .
Daha sonra Aleksandır Lukaşoviç bildirdi: “Suriyalı rəsmilər mövcud iqtidarın Rusiya torpaqlarında hər hansı bir danışıqlar aparmasına hazır olduğunu elan etmişdir, indi top suriyalı müxalifətçilərin meydanındadır”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sözünə davam edərək bildirdi: “ Rusiya bu anadək suriyalı müxalifətçilərdən Moskvada dəyirmi miz arxasında suriyalı rəsmilər ilə birgə aparılacaq danışıqlar barədə heç bir mənfi ya müsbət cavab almamışdır. Rusiya istər Suriyanın daxilində istərsədə xaricində olsun suriyalı müxalifətçilər ilə əlaqələrin saxlanmasını davam etdirəcək.
Qeyd edək ki, RXİN-nin sözçüsü həmçinin dedi: “Moskva Suriyaya satacağı silah və hərbi sürsatlar barəsində imzaladığı peymanların hammısına Beynəlxalq qanunlar çərçivəsində, heç bir qanun pozğuntusuna yol vermədən tam sürətdə əməl edəcək.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır