1.Şişlər.
2.Bədxassəli şişlər.
3.Xoşxassəli şişlər.
4 fevral- Bu günü bütün dünya xərçəng xəstəliyi ilə mübarizə günü kimi qeyd edir. Son illərin getdikcə cavanlaşan və artmaqda olan xəstəlikindən biri də xərçəngdir. Alimlərin sonuncu hesabatına görə, müalicəsi uzunsürən xərçəng dünyada ən çox ölümə səbəb olan xəstəliklər siyahısında ilk sırada yerləşir. Dünya Səhiyyə Təşkilatına görə, hər il 12 milyon 400 adama xərçəng diaqnozu qoyulur. Hər il təkçə süd vəzi xərçənginə 1 milyona yaxın qadın tutulur və 0,5 milyonu isə həyatını itirir. Azərbaycanda da vəziyyət qənaətbəxş deyil, ildən ilə onkoloji xəstəliklərdə yüksəlmə qeydə alınır. 2009-cu ildə 7553 nəfər (5295nəfər ölüb) rəsmi qeydiyyatda idisə, 2010-cu ildə bu rəqəm 8119 nəfər (5347nəfər ölüb), hazırda isə 9000-dən çox insan bu xəstəliyin adını gəzdirir. Yerli mütəxəsislərin fikrincə, bizdə də bu xəstəlik xüsusiylə qadınlar arasında üstünlük təşkil edir. Son 7-8 ildə isə süd vəzi xərçəngi öndə gedir. Özü də xəstəliyin yaşı da cavanlaşıb, 40-dan sonra meydana gələn xəstəlik, indi 35-40 yaşlarında da görünür. Vaxtında müayinənin gecikdirilməsi son vaxtlar bədxassəli şişlərin müalicəsini də aparmaqda çətinlik törədir.
Budünədək xərçəng xəstəliyinin səbəbləri tam aydınlaşdırılmayıb. Amma bütünlükdə bu bəlanın səbəbi kimi ekoloji tarazlığın pozulması, konserogenlə zəngin- əsasən müasir sivilizasiyanın ərzaqları və natəmiz ətraf mühit ehtimal olunur. Alimlər sivilizasiya ilə təması mümkün qədər minimuma endirməyi də tövsiyə edirlər. Onların qənaətincə, bu, öz sağlamlığını təmin etmənin yeganə yoludur. Bu isə çətin məsələdir. Yenə də inkişaf, bir az da tənbəlliyə (artıq yeni texnikaların tətbiqi qadınlara evdə iş saxlamır) dəstək verəcək kəşflər, yeniliklər öz işindədir.
Hər il dünyanın müxtəlif ölkələrində alimlər tərəfindən müxtəlif tədqiqatlar aparılır. Çoxu xərçəngi təslim edəcək çarə tapdığını bəyan edir.
Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.
Saç üçün boyalar xərçəng xəstəliyini əmələ gətirir?
Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. Bu qənaətə Kaliforniya Tibb Universitetinin tədqiqatçıları gəliblər. Mütəxəssislər apardıqları müşahidələrlə belə bir nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu şişin inkişafını gücləndirir. Belə ki, son 20-25 il ərzində saç boyasından istifadə edən qadınlar bu xəstəlikdən təbii saç rənginə üstünlük verən xanımlardan iki dəfə artıq əziyyət çəkirlər. Hələ ki alimlər saç boyası ilə qorxulu şişi bir-birinə bağlayan mexanizmi başa salmağa çətinlik çəkirlər. Əlbəttə, ilk növbədə, şübhə doğuran elementlər saç boyalarının tərkibində olan kimyəvi maddələrdir.
Xərçəng yoluxucudur?
Ingilis alimləri növbəti dəfə dəlil əldə ediblər ki, xərçəng infeksion xəstəliyin nəticəsi ola bilər. Hər halda, onların əldə etdikləri sübutlar mədə, böyrək və bağırsaq xərçənginə uyğundur. London Tibb Kollec mütəxəssislərinin fikrincə, qastrit, xoranın yaranmasına səbəb olan mədə-bağırsaq infeksiyaları, həmçinin, mikrobların digər növü qorxulu şişin inkişafına təkanverici qüvvələrdir. Tədqiqatların göstərdiyi kimi, bu mikroblar orqanizmdə insan hüceyrələrinin bölünməsini pozan toksinlər ifraz edir və nəticədə, normal hüceyrələr mutasiyaya uğrayıb xərçəngə çevrilir.
Televizor
Alimlərin fikrincə, televizora baxılan hər bir saat xərçəng xəstəliyi riskini 9 faiz çoxaldır.
Xərçəng hallarının üçdə biri siqaretlə bağlıdır. Elə bu səbəbdən də kişilər arasında ağciyər xərçəngi çoxluq təşkil edir. Dünya Xərçəng Araşdırma Fondu ehtimal edir ki, 2050-ci ildə dünyanın 24 milyon insanında xəstəlik meydana gələcək, nəticədə 16 milyonu dünyasını dəyişəcək. Pəhrizə diqqət verilməsi, eləcə də idmanla məşğul olmaq bu halların sayını dörddə bir dəfə azalda bilər. Çəkinin artması, siqaretdən müntəzəm istifadə ilə xərçəng halları çox güman ki, artıracaq.
Mobil telefonlar şişin inkişafını tezləşdirir
Mobil telefonlardan daimi istifadə eşitmə sinirində nevrinomanın yaranmasını iki dəfə tezləşdirir. Nevrinoma eşitmə orqanında olan sinir toxumasının qorxusuz şişidir. Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür.
Günəş
Son 40 ildə günəş şualarından xərçəng xəstəliyinə tutulma riski düz 45% artıb.
Bəzi mütəxəssislər artıq günəş vannası qəbul etməyin əvvəllər olduğu kimi xeyirli yox, əksinə, zərərli olduğunu bildirir: «Ən həssas nöqtələr isə bədəndəki xallardır. Günəş şüaları altında xalların hüceyrələri fəal şəkildə çoxalmağa başlayır. Nəticədə orada insanı 2 aya öldürə biləcək bədxassəli şişlər yarana bilər.Bundan başqa son vaxtlar süni qaralmalar –salyarilr də qadınlarda dəridə-melomana adlı şişləri əmələ gətirir.
Stress
Alimlərin fikrincə, bir porsiya stress döş xərçənginin qarşısını alır. Buna baxmayaraq, bir az öncə həkimlər stresin xəstəlik risqini artırdığını bildirmişdilər.
Danimarka alimlərinin apardıqları tədqiqat göstərib ki, gündəlik stresli situasiyalar sağlamlıq üçün xeyirli olduğu halda, qəfil güclü stresin (məsələn, yaxın qohumun ölümü) mənfi fəsadları var. Həkimlər güclü stres keçirən və döş xərçəngi ilə şübhəli bilinən qadınları müayinə ediblər. Onlar stresi güclü, orta və zəif olmaqla üç yerə bölmüşlər, həmçinin, stres keçirən qadınların emosional hallarını və fiziki göstəricilərini qeyd ediblər. Stres xəstələrdə özünü müxtəlif cür əks etdirirdi: bəziləri gərginlik, həyəcan, səbəbsiz qorxu hissi, digərləri isə yuxusuzluq hissi keçirirdilər. Testlər göstərdi ki, yaxın qohumun ölümü, ağır xəstəlik, qəza və sair kimi güclü stres keçirən qadınlarda döş xərçəngi müşahidə olunmamışdır. Danimarka alimləri müəyyən ediblər ki, güclü stres xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır. Həkimlər başda Naya Nelson olmaqla, bu cür hadisəni belə başa salırlar: güclü stres qadın harmonlarına təsir edir, əsasən də xərçəng hüceyrələrinə təsir göstərən estrogen harmonlarına.
Antibiotiklər döş xərçənginə səbəb olur
Vaşinqton Universiteti alimlərinin apardığı müşahidələrə görə, antibiotiklərdən müntəzəm istifadə döş xərçənginə tutulmaq risqini ikiqat artırır. Belə ki, 25 kurs antibakterial terapiya keçən qadınlar xərçəng xəstəliyinə 1,5 dəfə tez tutulublar. Bundan əlavə, antibiotik qəbul edən qadınları çox vaxt sağaltmaq mümkün olmayıb, bu da ölümə səbəb olub. Tədqiqatçılar qeyd edirlər ki, çıxılmaz vəziyyətdə qaldıqda belə antibiotiklərdən imtina etmək lazımdır. Onların fikrincə, ən əsas məsələ, antibiotik qəbulu və xərçəng şişlərinin əmələ gəlməsi arasında olan əlaqəni müəyyənləşdirməkdir.
Çay qorxulu şişin əmələ gəlməsinin qarşısını alır
Son tədqiqatlar göstərir ki, həm qara, həm də yaşıl çay həzm yolunda yarana biləcək xərçəng xəstəliyinin qarşısını alır. Bu içkilərin tərkibində polifenol, antioksidant xüsusiyyətləri ilə zəngin olan kimyəvi maddələr var. Onlar hüceyrələri zədələyən boş radikalları neytrallaşdırır. Həmçinin, polifenollar yağlı yeməklərin tərkibində olan kanserogenlərin aktivləşməsini zəiflədir. Harvard Tibb Məktəbinin (ABŞ) alimləri aşkar ediblər ki, gündə ən azı bir fincan çay içən insanlarda infarkt təhlükəsi 44% azalır. Yaşıl çay ağız boşluğunu dezinfeksiya edir, bundan əlavə, kariyesi əmələ gətirən bakteriyaları məhv edir. Belə ki, bu xüsusiyyətə yalnız təzə dəmlənmiş çay malikdir.
Xərçəngli xəstələr pomidor yesin
Xərçəng əleyhinə tomatın tərkibində olan və ona parlaq qırmızı rəng verən likopin maddəsi də antioksidant təsir göstərir. Betakarotin kimi likopin də A vitamininin provitaminidir. Lakin onun antioksidant təsiri daha güclüdür. Yəni o, sərbəst radikalların orqanizmə mənfi təsirini azaldır və bağırsaq, mədə, yemək borusu, ağciyərlərin xərçənginin qarşısını alır. Ona görə də pomidor hər zaman süfrənizdə olmalıdır. Bundan əlavə, likopin termiki işləmə zamanı parçalanmır, tərkibini dəyişmir. Ona görə də tomatların sous və şorbalarda işlədilməsinə imkan verir.
Alimlər həmçinin aşkar etmişlər ki, E vitamini də antioksidant təsir göstərir. Ona görə də çalışın ki, qreypfrut, qoz, taxıl, yaşıl kahı, zeytun yağı qida rasionunuzdan əskik olmasın.
Sarıkök
Alimlər nümayiş etdiriblər ki, sarıkökdəki maddə xərçəng hüceyrələrini öldürə bilir. Kurcumin (curcumin) adlı maddənin müalicəvi keyfiyyətinin olması barədə çoxdan gümanlar var idi.Artıq ondan artrit və hətta əqli zəiflik xəstəliklərinin müalicəsi üçün sınaqlarda da istifadə edilir.
İrlandiyadakı Kork Xərçəng Mərkəzindəki sınaqlar onu göstərir ki ,bu maddə laborator şəraitdə qida borusundakı xərçəng hüceyrələrini öldürə bilir. Xərçəng ekspertləri hesab edirlər ki, son tapıntı həkimlərə yeni müalicə yollarının araşdırılmasında kömək edə bilər.
Əncir
Qurani Kərimdə 95-ci surənin adı olan «Tin» «əncir»in xərçəng xəstəliyi də daxil olmaqla bir çox xəstəliyə müsbət təsir göstərdiyi ortaya çıxmışdır. İzmir şəhərində təşkil olunan I Bеynəlxalq Əncir Simpoziumunda çıxış еdən Еgеy Univеrsitеtinin müəllimi Prof. Habil Çolakoğlu, yalnız Türkiyədə yеtişən «sarılop» əngir növünün xərçəng xəstəliyinin bir çox növünə müsbət təsir göstərdiyini qеyd еtmişdir. Əncirin tərkibində olan minеrallar baxımından zəngin mеyvə olduğunu və anеmiyaya (qan azlığına) müsbət təsir еtdiyini bildirən Çolakoğlu: «Xüsusən də hamiləlikdə, kiçik yaşlı uşaqlarda, başda anеmiya olmaqla bir çox xəstəliklərə müsbət təsir göstərir, bağırsaq xəstəliklərinin və qəbzliyin müalicəsi üçün çox faydalıdır» dеdi.
Artıq еlmi tədqiqatlarda aşkar еdilib ki, kalsium, dəmir və lif miqdarı yüksək olan əncir, mədə, bağırsaq və sidik kisəsinin xərçənglərinə qarşı qoruyucu təsir göstərir….
ABŞ, Fransa və İngiltərə başda olmaqla bir çox ölkələrin еlm adamlarının apardıqları tədqiqatlara görə məlum olub ki, mеyvə təlabatının yüksək olduğu ölkələrdə insanların sağlamlıq və uzunömürlülük göstəriciləri mеyvə təlabatı az olan öklərə nisbətən yüksəkdir.
Zeytun və yağı
Artеriyada laxtalanmanın qarşısını alan və asanlıqla həzm еdilən zеytun yağının qidalandırıcı xüsusiyyəti də çox yüksəkdir…. Ürəyin ən yaxşı dostu olan və mədə xorasının qarşısını alan zеytun yağı, Е, A, D və K vitaminləri baxımından da çox zəngin olduğu üçün uşaqların qidalanmasında böyük əhəmiyyətə malikdir.
Soyuq və ya isti həzm еdilməsindən asılı olmayaraq zеytun yağı şirə ifrazını azaldır, bеləliklə qastirit və mədə xorasına qarşı qoruyucu bir maddə olur. Ödü hərəkətə gətirərək öd birləşməsinin ən idеal formada olmasını təmin еdir. Öd kisəsinin boşalmasını tənzimləyir və öd kisəsində daş olması еhtimalını azaldır. Bütün yağlar arasında bağırsaqlar tərəfindən ən yaxşı şəkildə həzm еdilən yağ zеytun yağıdır. Uşaq və yеtkin insanların sümüklərinin inkişaf еtməsində, minеrallaşmasında köməkçidir.
Düzgün qidalanma xərçəng xəstəliyinin profilaktikasıdır
Xəstəliyin qarşısını almaq üçün qidalanma sistemini yenidən qurmaq lazımdır. Ilk növbədə, çətinəriyən yağlardan imtina etmək lazımdır. Bu növ yağlar donuz, mal ətinin, kərə yağının tərkibində olan yağlardır. Sadaladığımız ərzaqları qida rasionundan azaltmaq lazımdır. Lakin bunu dərhal deyil, tədricən və ağılla etmək lazımdır.
Sağlam qidalanma sxemi aşağıdakı kimi olmalıdır: həftədə iki dəfə tərəvəz günü, iki dəfə balıq, həftədə bir neçə dəfə qaynanmış və ya pörtlədilmiş ət yemək olar. Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn, zeytun, qarğıdalı və soya yağları. Yaxşı olardı, tədricən qızardılmış yeməklərdən imtina edəsiniz. Belə ki, onlar ankoloji xəstəliyə tutulma risqini artıran kanserogen maddələrini özündə cəmləşdirir. Konservləşdirilmiş və hisəverilmiş balıq və ətdən də imtina etsəniz yaxşıdır. Əgər əti qaynadırsınızsa, onda bunu belə də edə bilərsiniz: ət qaynayıb 10 dəqiqə bişdikdən sonra suyunu süzün, təzə su əlavə edib yenidən qaynadın. Dəniz balığı, məsələn, treska, paltusun tərkibində yod var və onlar bizim harmonal fonumuzu normada saxlamağa kömək edir. Bu da şişlərin inkişafının qarşısını alır.
Ümumiyyətlə, özünü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə və tərəvəz olmalıdır. Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da çox lazımidir. Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Təcrübələr göstərir ki, kalorili qida şişlərin inkişafını tezləşdirir. Buna səbəb maddələr mübadiləsinin immunadepresiyasıdır. Həmçinin, şişlərin yaranma tezliyinə təsir edən səbəblərdən biri kalorinin birdən aşağı düşməsinə səbəb olan yüksək fiziki gərginlikdir. Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür. Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də otlar və onların meyvələrindən hazırlanmış içkilər. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən, bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Çayların arasında yuxarıda qeyd etdiyimiz kimi, yaşıl çaya üstünlük vermək məsləhətdir. Onun tərkibində olan katehin və tanin orqanizmi xərçəng xəstəliyindən qoruyur. Iş