Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən artıq hicab məhbusu, ruhani hacı Həsən Məmmədovun həbsindən bir il ötür
Həsən Məmmədov ötən il yanvar ayının 25-də həbs olunub. Hicab qadağasından sonra Cəlilabad rayonunda buna etiraz olaraq bir sıra məclislərdə çıxışlar etmişdi. Lakin son olaraq Cəlilabad rayonunda Hicab qadağasına etiraz olaraq təşkil olunan aksiyada təhsil naziri Misir Mərdanovun şəkilini yandırılmış, məktəblilərin hüquqlarının bərpa edilməsi tələb olunmuşdu.
Həsən Məmmədovun qardaşı Hüseyn Məmmədovun İslamazeri.az-a verdiyi məlumata görə, ötən ilin bu günü səhər saat 10:00-da Cəlilabad rayon polis bölməsinin serjantı Tural Ağayev ona zəng edərək qardaşı Həsənin polis bölməsinin rəisi Rəhim Novruzov tərəfindən çağırıldığını bildirib. “Səbəbini öyrənmək üçün rəisə zəng vurdum. Rəis dedi ki, Aşura günü 12 günlük həbs olunduğuna görə hansısa sənədə qol çəkməlidir. Mən də Həsənlə birgə polis bölməsinə getdim. Həsəni Əflatun Məmmədov adlı polislə bir neçə nəfər səs-küy sala-sala Sərvər Hüseynovun xidməti otağına apardılar. İçəridə isə səhnə əvvəlcədən hazırlanmışdı. Həsən içəri girən kimi polislərdən biri televizoru stolqarışıq aşırdıb. Və dedilər ki, guya Həsən stolla polisi vurub və nalayiq sözlər söyləyib. Amma o məhkəmədə dedi ki, mən yalnız “Ya Zəhra, Ya Zeynəb” demişəm. Əgər məni bu sözlərə görə ittiham edirsinizsə eybi yox edin. Amma Allahdan qorxun. Allah bu böhtanı axirətə saxlamadı Rəis Rəhim Novruzov işdən çıxarıldı.”
Qeyd edək ki, 2011-ci il sentyabrın 12-də Şirvan şəhərində keçirilən Apelyasiya Məhkəməsində ona qarşı irəli sürülən 221-ci maddənin 3-cü bəndi qüvvədə saxlanılıb. Halbuki, bunun 221-ci maddənin 1-ci bəndi ilə əvəz olunması tövsiyə olunurdu. Belə ki, ötən məhkəmədə şahid və zərərçəkən qismində dindirilən polis işçisi müttəhimin ona heç bir müqavimət göstərmədiyini bildirmişdi.
Lakin saxta ittihamla razılaşmayan Həsən Məmmədovun qardaşı çıxarılan hökmdən Apelyasiya Məhkəməsinə müraciət edib. Yanvar ayının 17-də isə Bakıda Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə yenidən ruhani Həsən Məmmədov işinə baxılıb. Sədr polisə müqavimət ittihamı ilə azadlıqdan məhrum edilən Həsən Məmmədovun həbs müddətinin 3,6 ildən 2 il müddətinə qədər azaldılmasına dair qərar çıxarıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır