24 yanvar 2012 - 20:30

Seyyid Fəramiz zahirən zindanda olsada, Allah yanında O, azaddır. Əsl zindanda olanlar isə zülmə baş əyib, zalimin dedikləri ilə oturub-duranlardır.

Azərbaycanın tanınmış ruhanilərindən biri, Azərbaycanda Hicab Qadağasına etiraz etdiyinə görə, şərlənərək həbs olunan və hal-hazırda məhbəs həyatı yaşayan Masallı rayon Xıl kənd sakini Seyyid Fəramiz Abbasovun həbs olunmasından bir il ötür.

Seyyid Fəramizin oğlu Kamran Abbasov atasının həbs olunmasının bir illiyi ilə əlaqədar fikirlərini Xeber44.com-la bölüşdü.

Bismillahirrəhmanirrəhim. Hacının həbsi bizləri kədərləndirsə də, biz “İslam təhlükədə olanda canını ver Dinini qurtar” hədisini şüar götürərək Hacının həbsinə daha səbrli yanaşdıq. Atamız da Din təhlükədə olanda canını verdi ki, dinini qurtarsın. Dini müdafiə etmək isə hər bir azərbaycanlının, hər bir müsəlmanın borcudur.

Hacının həbs olunması ilə biz İslam Peyğəmbərinin(s) və Onun Əhli-Beytinin başına gələn müsibətləri daha yaxşı dərk etdik.

Hacı Fəramizə çox adam dost deyirdi. Bu çətin günlərdə Hacının əsl dostlarını tanıdıq, Ruhani cildinə girmiş dinsizləri tanıdıq, haqq-ədalət qışqıran Azərbaycanın ədalətsiz məmurlarını tanıdıq. Bir sözlə Allahın dostu ilə düşmənlərini tanıdıq.

Biz atamızla fəxr edirik. Çünki O, İslamı, Quranı, Peyğəmbərin göstərişini müdafiə etdiyi üçün həbs olunub. Onlar Hacını və digər Hicab Məhbuslarını şərləyərək həbs etdikdə fikirləşdilər ki, İslam dinini haqq-ədalət sevənlərin qəlbindən siləcəklər. Amma gözlədiklərinin tam əksi oldu. Hacının haqq olması, onun Hicab Məhbusu olması və İslama qarşı çıxan düşmənlərin kimliyi məlum oldu. Haqq-ədalət sevənlərin qəlbində İslama daha geniş yer ayrıldı.

Hacı Fəramiz bir tarix yazdı. İmam Museyi Kazim(ə) ağanı özünə örnək götürərək zülmə qarşı çıxıb zilləti yox Zindanı qəbul etdi.

Atamız Seyyid Fəramiz zahirən zindanda olsada, Allah yanında O, azaddır. Əsl zindanda olanlar isə zülmə baş əyib, zalimin dedikləri ilə oturub-duranlardır.

Sonda bütün günahsız yerə şərlənərək zindanda yatan dindarlara, Hicab Məhbuslarına və onların ailələrinə Allahdan səbr diləyirəm.

Xatırladaq ki, Azərbaycanın tanınmış ruhanilərindən biri, Masallı rayon Xıl kənd sakini Seyyid Fəramiz Zeynal oğlu Abbasov Azərbaycanın orta məktəblərində tətbiq olunan Hicab Qadağasına etiraz etdiyinə görə 24 yanvar 2011 -ci ildə şərlənərək həbs olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır