14 yanvar 2012 - 20:30

Seyyid Həsən Nəsrullah: “İmam Xamneyi İİR-nı Elm İstihsal etməyliyə çağırdı. Bu da İslam Dövlətinin qüdrət nişanəsidir.”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Livan Hizbullah Xalq Təşkilatının birinci Katibi Seyyid Həsən Nəsrullah dünən yanvarın 14-dü Ərbəin günü saat 16:00 radələrində Bələbək şəhərində çıxış edərək İslam düşmənlərinə xitab edərək dedi: “Bizi ölümlə hədələməyin! Çünki biz Hüseyn (əleyhis səlam) və Zeynul Abidin (əleyhis səlam) övladlarıyıq, biz Allah Rəsulunun, Bədrin, Xeybərin, Hüneynin və Kərbəla övladlarıyıq! Biz ölümdən heç vaxt qorxmarıq!”Seyyid Həsən Nəsrullah qərb və sionist qüvvələrinin çirkin planlarına və onların muzdurları ilə İran İslam Respublikasının alimlərinə qarşı torətdikləri terror hadisələrinə işarə edərək dedi: “İran Alimlərini terror etmək bu ölkədəki Elmi İnkişafın önünü ala bilmədi. Onlar bizlərdən xanəndə, rəqqas, tüfeyli həyat sürən, ömrümüzü hədər işlərdə sərf edən, heç bir alimi olmayan bir cəmiyyət düzəltmək istədikləri üçün atom enerjisi alimlərimizi terror edərək şəhid edirlər. Onlar bizim “Elm İstehsal Edən Bir Millət”ə çevrilməyimizi görmək istəmirlər”Seyyid Həsən sözün davamında dedi: “İmam Xamneyi İİR-nı Elm İstihsal etməyliyə çağırdı. Bu da İslam Dövlətinin qüdrət nişanəsidir.”Hizbullah Xalq Təşkilatının birinci Katibi sözünün davamında dedi: “Dünən BMT katibi Pan Gi Muinin Hizbullah təşkilatının qüdrətindən narahat olduğunu eşitdikdə özümü çox xoşbəxt hiss etdim. Onun nigərançılığı bizə  xoşdur. Bizim üçün əsas məsələ elə BMT katibinin, ABŞ və işğalçı israilin daim nigərançılıq içində yaşamasıdır...” Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır