Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Müsəlmanlarının Lideri Seyyid Əli Xamneyi cənabları bu gün 9 yanvar 2012-ci il sübh 9-10 radələrində İran İslam Respublikasının 19 dey ayı münasibəti ilə Vəfalı Qumluların bir qrup ilə görüş keçirtdi.
Görüşdə Qum Elmi Hövzəsinin böyük alimləri və fəzilətli şəxsləri iştirak edirdi. İmam Xamneyi cənabları əziz qonaqları İmam Xomeyni adına Hüseyniyyədə qarşıladı.
Dünya Müsəlmanlarının Lideri görüşdə bir neçə siyasi, əxlaqi və ictimai məsələlərə toxunaraq İran Xalqı və İranlı rəsmilərin dözüm və bəsirətliyindən, istikbar və imprialist qüdrətlərin təzyiqləri müqabilində göstərdiyləri müqavimətdən və eləcə də qarşıda gələn seçkilərin əhəmiyyətindən danışdı.















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır