Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əfqanıstan müstəntiqləri ötən gecə ABŞ İşğalçı Ordusun əfqanlı zindanlıları suistifadə etməkdə və onlara işgəncə verməkdə suçladı.
Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, Əfqanıstanın ən böyük zindanı sayılan “Begram” zindanı İşğalçı ABŞ əskərləri tərıfindən idarə olunur. Hal hazırda bu zindan əfqanlılar üçün xoflu bir məkana çevrilib. Məhbuslar burada ABŞ işğalçıları tərəfindən olmazın işgəncələrinə məruz qalırlar.
Qeyd edək ki, adı çəkilən zindan ABŞ ordusuna məxsusdur. Hazırda orada minə yaxın məhbus saxlanılır ki, onların böyük əksəriyəti heç bir dəlil və sübut olmadan ABŞ işğalçıları tərəfindən tutularaq zindana məhkum olublar. Adı çəkilən zindan Əfqan xalqı arasında hətta bu ölkə rəsmiləri yanında belə ABŞ-ın ikinci “Guantanamo”su kimi tanınır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır